Enes İbrahim: “Dünya birliyi Xocalı soyqırımına hüquqi qiymət verməlidir”

 

Dünya Ermənistanın Qarabağda və Xocalıda həyata keçirdiyi soyqırım siyasətinə dur deməlidir
 

Bu sözləri Makedoniya parlamentinin deputatı, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti sədri Enes İbrahim Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı təssüratlarını bölüşərkən bildirib: “XX əsrin ən böyük soyqırımlarından biri də Xocalı soyqırımıdır. Bu mövzuda danışmaq dəhşətlidir və insanın gözünün qarşısında soyqırımı əks etdirən kadrlar bir anlıq canlanır. İnsanlığa sığmayan bu vəhşiliklər təəssüflər olsun ki, baş verdi. Gün gələcək bunu edənlər beynəlxalq qanun qarşısında cavab verəcəklər”. 

Enes İbrahim işğalçı Ermənistanın separatçı Qarabağ rejiminin beynəlxalq hüququn subyekti kimi tanıtdırmaq siyasətinin fiyaskoya uğradığını qeyd etdi: “Azərbaycan bölgədə önəmli iqtisadi layihələrə imza atmaqla Ermənistanı oyundan kənar vəziyyətə gətirib. Bu gün Ermənistanın çıxış yolu Azərbaycanla anlaşmaya getməsidir. Əks-təqdirdə Ermənistanın siyasi-iqtisadi vəziyyəti pisləşəcək”.

Elnur Eltürk

Ölkə.Az

 

09:26