Dünyanın təbii qaz sektorunun nəhəngləri İstanbulda toplaşacaq

 

“İGDAŞ” şirkətinin verdiyi açıqlamaya görə noyabrın 2-3–də İstanbulda VII Beynəlxalq Təbii qaz Konqresi və Sərgisi (INGAS-2017) keçiriləcək. “INGAS-2017” 20 ölkədən təbii qaz sektorunun nəhəngləri bir araya gələcək.

İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi və “İGDAŞ” şirkətinin təşkilatçılığı ilə keçiriləcək “INGAS-2017”də Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakın iştirakı gözlənilir. 5 mindən çox mütəxəssis və nümayəndənin iştirak edəcəyi “INGAS-2017”də təbii qaz geosiyasəti, təchizatı, istismarı, iqlim və ətraf mühitin təhlükəsizliyi kimi məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, Avropa Birliyi üzvü olan ölkələr tərəfindən Rusiyanın Ukrayna, Baltikyanı ölkələrə, Moldova və digər Şərqi Avropa dövlətlərinə qarşı olan işğalçı siyasətinin qarşısını almaq üçün yeni alternativ yollar planlaşdırmışdır. Bu strateji yollardan ən önəmlisi isə Türkiyə üzərindən keçən təbii qaz kəmərləridir. Özəlliklə də Xəzər dənizi vasitəsilə və Qafqazdan keçməklə Qazaxıstan, Türkmənistan və Azərbaycana məxsus qazın nəqlinin yeni alternativ kəmər sayılır. Rusiyanın özü də məcbur olaraq “Türk axını” layihəsi  əsasında Türkiyədən keçməklə öz təbii yanacaq qazının satışını nizamlamaqda maraqlı tərəf kimi çıxış edir.

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu”

 

11:47