Dünyada koronavirusla bağlı qeydə alınan son statistika açıqlanıb

Dünyada koronavirusa yoluxma hallarının sayı 20.19 milyonu keçib, 736 577 ölüm hadisəsi qeydə alınıb.

xudaferin.eu TASS-a istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bildirilib ki, sağalanların sayı 12.24 milyon nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı son hesabatında isə bildirilib ki, son 24 saatda ölənlərin sayı 4 268, yoluxanların sayı 216 033 nəfər olub.

Şimali və Cənubi Amerika yoluxma sayına görə birinci yerdədir - 10 697 832. Son sutkada bu rəqəm 106 903 təşkil edib. Ölənlərin sayı 2 277 artaraq 390 850-yə çatıb.

Avropada 3 606 373 yoluxma, 217 278 ölüm qeydə alınıb. Son 24 saat ərzində yoluxanların sayı 21 315, ölənlərin sayı isə 267 olub.

Yoluxma sayına görə üçüncü yeri Cənub-Şərqi Asiya bölgəsi tutur. Orada yoluxanların sayı 2 691 452, ölənlərin sayı isə 54 633 göstərilib. Son bir gündə yoluxma sayı 58 679, ölüm sayı 956 nəfər artıb. 

Yoluxma sayına görə ölkələr arasında ilk yerdə ABŞ (4 999 815), ardınca Braziliya (3 035 422), Hindistan (2 268 675), Rusiya (897 599), Cənubi Afrika (562 598), Meksika (480 278), Peru (478 024), Kolumbiya (387 481), Çili (375 044) və İran (328 844) gəlir.

xudaferin.eu

15:55