Dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirildi

 

Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan Kamera və orqan musiqisi zalında konsert təşkil edilib.
 

Musiqili gecə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.

Konsertdə H.Sarabski adına məktəbin şagirdləri xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər. Konsertdə musiqi üzrə təhsil alan gənclərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bununla yanaşı, konsert zamanı çıxış edən tələbələr həm də öz istedadlarını nümayiş etdirmək kimi böyük imkanlar əldə ediblər.

Xudaferin.eu

 

09:59