Dram Teatr Xocalı soyqırımını səhnələşdirəcək

 

Gəncə Dövlət Dram Teatrı Xocalı soyqırımını səhnələşdirəcək. Rəna Teymurqızının “Dərd yükü” adlı poemasının motivləri əsasında qurulan ədəbi-bədii kompozisiya 26 fevralda nümayiş olunacaq.

Dram Teatrın direktoru, əməkdar mədəniyyət işcisi Əli Qasımov bildirib ki, kompozisiya Xocalı soyqırımının 25 illiyinə həsr olunub və Gəncədə Xocalıdan olan vətəndaşların müvəqqəti məskunlaşdıqları ərazidə səhnələşdiriləcək.

Rollarda Azərbaycan Respublikasının əməkdar artisti Ramiz Vəliyev, aktrisa Kəmalə Məmmədova, Günay Verdiyeva, aktyor Elşad Məmmədov və teatrın gənc aktyorları çıxış edəcəklər.

Xudaferin.eu
“Gəncə Bürosu”

11:06