Con Bolton: “İran probleminin yeganə həlli yolu Tehran rejimini dəyişməkdir”

Amerikanın BMT-dəki keçmiş səfiri Con Bolton açıqlamasında İran “ayətullah”larının bölgənin sabitliyini pozan təhlükəsindən və Orta Şərqdə sülhün bərqərar olunması üçün Tehran rejiminin dəyişdirilməsinin vacibliyindən danışıb.

Adı, Amerikanın yeni prezidenti Donald Trampın hökumətində dövlət katibi vəzifəsinə nəzərdə tutulmuş namizədlərdən biri kimi hallanan Con Bolton bildirib ki: “ABŞ-ın yeni hökuməti İranda rejimin dəyişdirilməsi uğrunda aparılan cəhdlərə dəstək verməlidir.  İrandakı ayətullahların hakimiyyəti dünya sülhünə və Orta Şərqin təhlükəsizliyinə qarşı əsas təhlükə mənbəyidir. İran probleminin yeganə həlli yolu Tehran rejimini deəyişməkdir. Sözsüz ki, bu hakimiyyətin devrilməsi sülh və sabitliyi yenidən bölgəyə qaytaracaq, regiona qarşı ən mühüm təhlükəni aradan qaldıracaq. Hesab edirəm ki, İranda hər kəs indiki hakimiyyətin dəyişdirilməsinin və yeni bir rejimin iş başına gəlməsinin tərəfdarıdır. Məhz buna görə də güman edirəm ki, Amerika hökuməti İranda molla hakimiyyətinin devrilməsi uğrunda mübarizə aparan bütün müxalif qüvvələrə dəstək verməlidir. İnanıram ki, xalq bu hakimiyyəti sevmir, onu istəmir. Lakin bir şey də var, bu hakimiyyətin əlində güc və silah var. Düşünürəm ki, Amerika silahlı qüvvələrinin işə müdaxiləsinə ehtiyac qalmadan molla hakimiyyətini devirmək üçün müəyyən yollar var. Bu yollardan biri də müxalifətə dəstək verməkdir. Bu yolla İranda indiki hakimiyyəti dəyişmək, yerinə başqa birisini gətirmək mümkündür”.

Xudaferin.eu

12:51