02 April 2024

Bu gün Nəcəf bəy Vəzirovun 170-ci ildönümü tamam olur

Nəcəf bəy Vəzirovun dramaturgiyamızın inkişafında, onun ideya–estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərəkatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub, feodal–patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak edib.

Aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günüdür

1967-ci ildə aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu tarix 1805-ci il aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Xristian Andersenin dünyaya göz açdığı günün şərəfinə təsis edilib. Bu tarixdə əlamətdar gününün qeyd edilməsini təklif edən isə alman yazıçısı Yella Lepman olub.

Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumuna hazırlıq məsələləri müzakirə olunub

Aprelin 1-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayev, Alyansın İdarə Heyətinin üzvü, Alman Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi, Köln Azərbaycan Evinin rəhbəri Ağa Ağayev və Almaniyadakı Azərbaycanlı Həkimlərin Forumunun sədri, Almaniyada yaşayan həkim soydaşımız, “Helios Klinikum Siegburg”da daxili xəstəliklər və ağciyər xəstəlikləri üzrə aparıcı mütəxəssis, şöbə müdiri Elvin Hüseynov ilə görüşüb.

Yeni texnoloji nailiyyətlərin iqtisadiyyatda tətbiqi Çin-Azərbaycan əməkdaşlığının strateji mahiyyətini təşkil edir - ŞƏRH

Hazırda beynəlxalq münasibətlər sistemində Çinin artan rolu bu ölkəni özünəməxsus cazibə mərkəzinə çevirməkdədir. Çinin dünyanın təkcə siyasi mərkəzlərindən deyil, həm də ən nəhəng iqtisadi mərkəzlərindən biri olduğu şübhəsizdir. Həm coğrafi mövqe etibarilə, həm də iqtisadi əməkdaşlıq potensialına görə regionun ən mühüm ölkəsi olan Azərbaycan Çinlə böyük əməkdaşlıq perspektivlərinə malikdir. Üstəlik, ölkəmizin həyata keçirdiyi mühüm nəqliyyat–kommunikasiya layihələri bu imkanları daha da artırmaqla, Azərbaycanı həm də Çinlə Avropa arasında vacib tranzit ölkəsinə çevirir.