13 November 2020

Hər kəsi kövrəldən hərbçimiz danışdı - Vətənin igid oğlunu internatdan Şuşaya aparan yol - FOTOLAR

İki gündür sosial şəbəkələrdə ən çox paylaşılan fotoların müəllifi olan Elçin Əhmədov Xudaferin.eu Musavat.com-a istinadən danışıb.

Elçin əvvəlcə sosial şəbəkədə paylaşdığı fotoda işğaldan azad edilən rayonlarımızdan birində tikilinin üzərinə yazdığı sözlərlə hər kəsi kövrəltdi.

Əsgərlərimiz işğaldan azad etdikləri ərazilərdə doğulduqları, böyüdükləri rayonunun, şəhərin adını qeyd edirdi. Elçin isə internat evində böyüdüyü üçün bu sözləri yazır: "Maştağa, 1 nömrəli internat".

Mərakeşdə “Azərbaycan Ermənistan təcavüzü ilə üz-üzə 28 illik humanitar sarsıntılar” mövzusunda simpozium keçirilib

Azərbaycanın Mərakeş Krallığındakı səfirliyi tərəfindən ICESCO-nun mənzil qərargahında Mərakeş-Azərbaycan dostluq cəmiyyəti ilə birgə Rabatdakı diplomatik korpusun və KİV nümayəndələrinin, habelə tanınmış politoloq və hüquqşünasların iştirakı ilə “Azərbaycan Ermənistan təcavüzü ilə üz-üzə 28 illik humanitar sarsıntılar” mövzusunda simpozium keçirilib.

Qarabağ savaşının daha bir strateji nailiyyəti:Türkiyə Naxçıvana açılan dəhliz vasitəsi ilə türk dünyasına bağlanacaq

Azərbaycanın Qarabağ zəfəri son illərdə hərbi sahədə əldə edilmiş ən qəti qələbədir. Onun Qafqaz və Orta Asiyaya təsiri də o dərəcədə köklü olacaqdır. Və əlbəttə, bu zəfərdə Türkiyənin çox böyük payı vardır.

Bəli, “Qarabağ Azərbaycandır!” və elə də qalacaqdır. Düz 28 ildir davam edən kabus artıq bitmişdir. Azərbaycanlı qardaşlarımız qanla, canla, böyük qəhrəmanlıqla əldə etdikləri bu zəfərlə bağlı sevinə bilərlər. Şairin dediyi kimi:

“Bayraqları bayraq edən üstündəki qandır

Üç rayonu vaxtında boşaldın, yoxsa daha ağır bədəli olacaq- Bakıdan sərt xəbərdarlıq...

Kapitulyasiyanın 3-cü günü: düşmən ölkə yenə “qaşınır”; İrəvanda uduzulmuş müharibəni davam etdirmək üçün sərsəm çağırışlar səslənir, davadan sonra havada yumruq silkələyirlər; Ermənistan yaralarını uzun müddət sağalda bilməyəcək!..