02 May 2020

Xəyanətkarların milli mənsubiyyəti olmur

Ermənistan xüsusi xidmət orqanlarına, Rusiya FSB- sinə  xidmət edən Zabil Məhərrəmov, İsmayıl Şabanov, Zahirəddin İbrahimi adında satqınlar haqqında bir iki kəlmə demək istəyirəm. Adını çəkdiyim adamlar neçə illərdir ki rusiyada, ermənistanda oturub ölkəmizin əleyhinə, Dövlətçiliyimizin, Müstəqilliyimizin əleyhinə açıq şəkildə siyasət aparmaqla məşğuldurlar. Məsələn, İsmayıl Şabanov özünü Rusiya prezidentinin Milli məsələlərlə bağlı müşaviri kimi təqdim edir və efirə çıxıb deyir ki, ermənilərlə talışlar qardaşdır. Və biz talışların guya ermənilərlə heç bir düşmənçiliyi yoxdur.

Mirzə Məhəmmədhüseyn bəy Qarabaği: Xəttat, tarixçi, şair

Mirzə Məhəmmədhüseyn bəy Qarabağda məşhur olan gülməmmədbəyovlar soyundandır. Kiçik yaşlarından şeirə, sənətə, elmə marağı olan bu şəxsiyyət həmçinin xəttat kimi bütün Qafqazda tanınmışdı. O, atasının yolunu davam etdirərək, gələcəyin tanınmış tarixi şəxsiyyətlərindən biri olmuşdur. Mirzə Məhəmmədhüseyn bəy öz yaradıcılığı ilə Qarabağ poeziya məktəbində müəyyən iz qoymuşdur.