Xəyanətkarların milli mənsubiyyəti olmur

Ermənistan xüsusi xidmət orqanlarına, Rusiya FSB- sinə  xidmət edən Zabil Məhərrəmov, İsmayıl Şabanov, Zahirəddin İbrahimi adında satqınlar haqqında bir iki kəlmə demək istəyirəm. Adını çəkdiyim adamlar neçə illərdir ki rusiyada, ermənistanda oturub ölkəmizin əleyhinə, Dövlətçiliyimizin, Müstəqilliyimizin əleyhinə açıq şəkildə siyasət aparmaqla məşğuldurlar. Məsələn, İsmayıl Şabanov özünü Rusiya prezidentinin Milli məsələlərlə bağlı müşaviri kimi təqdim edir və efirə çıxıb deyir ki, ermənilərlə talışlar qardaşdır. Və biz talışların guya ermənilərlə heç bir düşmənçiliyi yoxdur. Başqa biri, Zabil Məhərrəmov məlum aprel döyüşləri zamanı erməni hərbi formasında efirə çıxıb talışların adından ermənilərə tərif yağdırır, şəhid olan Azərbaycan əsgərlərini açıq şəkildə təhqir etməkdən belə çəkinmədi. Başqa birisi, Zahirəddin İbrahimi ermənistanda keçirilən konfransda bütün talış xalqı adından ermənilərə salam çatdırıb dualar edir. Həmən Zahirəddin İbrahimi erməni işğalı altında olan Şuşadan yayımlanan talış radiosunda hər dəfə ölkəmizin ərazi bütövlüyünə zidd çıxışlar etməkdən belə çəkinmir.

Heç kim Zahirəddinə, Zabilə, İsmayıla ixtiyar verməyib ki, bütün talışların adından danışsın. Bu ixtiyarı talışların mənəvi və ləyaqət simvolları eləyə bilər. İndi adlarını çəkmirəm, amma bu işlə məşğul olan, öz vətənini, talışı, talış mahalını, Azərbaycanı, Azərbaycan dövlətçiliyini SEVƏN insanlar eləyə bilər, ona NİFRƏT eləyənlər yox!… 

Talışın ANA vətəni Azərbaycandır. Azərbaycanın, azərbaycanlıların sevinci də, kədəri də bizimdir. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi keçilməz qırmızı xəttdir! 
Bu biabırçılığa son qoymağın vaxtı çoxdan çatıb. Üzümü burdan bütün talışlara tutub müraciət edirəm, xüsusən də Azərbaycanda yaşayan talışlara, talışın ziyalılarına, xahiş edirəm bu şərəfsizlərə etirazınızı bildirin, susmayın. 
Bir daha İsmayıla, Zabilə, Zahirəddinə burdan deyirəm; erməni qucağı sizin üçün nə qədər isti olsa da, ay bədbəxtlər, ŞƏHİD olan talış gənclərini yadınıza salıb heç üşümədinizmi?…

Seyran Rəfiyev
Amsterdam, Niderland Krallığı

Xüsusi olaraq "Xudafərin" jurnalı üçün

15:00