05 August 2019

Ramazan Ərgünəş deyir ki…

OLA

Sevərəm ol gözəli yanağında xalı ola,
Ala göz, aypara qaş, həm günəş camalı ola.
Naz edə, şux yeriyə, canımı yandırıb-yaxa,
Hörüklü zülfü kəmənd, həm də,şən əhvalı ola.
Dəhanında sədəfi məftun eyləyə aşiqi,
Təbəssüm bəxş eyləyə, dodağında balı ola.
Müjganı neştər ola, baxışı canımı ala,
Sözü,söhbəti şirin, həm də ki, həyalı ola.
Tuta dərhal fərqini nadan ilə ariflərin,
Meyl edə şən həyata, həm də ki, ziyalı ola.
Ərgünəş, nə bəxtəvərdir o kəs ki, arzulaya,
Arzusu başa yetə-böylə bir maralı ola.
May-1999