Ramazan Ərgünəş deyir ki…

OLA

Sevərəm ol gözəli yanağında xalı ola,
Ala göz, aypara qaş, həm günəş camalı ola.
Naz edə, şux yeriyə, canımı yandırıb-yaxa,
Hörüklü zülfü kəmənd, həm də,şən əhvalı ola.
Dəhanında sədəfi məftun eyləyə aşiqi,
Təbəssüm bəxş eyləyə, dodağında balı ola.
Müjganı neştər ola, baxışı canımı ala,
Sözü,söhbəti şirin, həm də ki, həyalı ola.
Tuta dərhal fərqini nadan ilə ariflərin,
Meyl edə şən həyata, həm də ki, ziyalı ola.
Ərgünəş, nə bəxtəvərdir o kəs ki, arzulaya,
Arzusu başa yetə-böylə bir maralı ola.
May-1999

***

YANDIR GÖRƏK

Al yanağa xal yaraşır.
Gül bənіzə şal yaraşır.
Baxanların ağlı çaşır,
Aşіqlərі yandır görək.
Uca dağa qar yaraşır.
Tər sіnəyə nar yaraşır.
Aşіqlər hər gün dalaşır,
Sözünü de, qandır, görək!
Kəklіk dağda süzə gərək,
Sona göldə üzə gərək,
Nə vaxt elçі sіzə gələk?
Evdə söhbət saldır görək.
Boynu bükük bənövşəsən.
Ay qabağı gіzlətmə sən.
Ərgünəşəm, deyіm əhsən,
Örpəyіnі qaldır görək...

***
OLARAM

Ey dil, ol şuxə de ki,mən ona qurban olaram,
İstəsə canım ala,müntəzir-fərman olaram.
Sahibi-fərman odur,buyursa ki yanımda qal,
E’tiraz eyləmərəm, mən ona mehman olaram.
Aşiqlər içrə mənəm ol sədaqət nümunəsi,
Güman etməsin onun şən’inə nöqsan olaram.
Nə bəla gəlsə,əgər,canına eşq zərbindən,
Onun məlhəmi mənəm,dərdinə dərman olaram.
Bu qədər intizara tab eyləyib cismi-canım,
Bir əlac eyləməsə, halı-pərişan olaram.
Ərgünəş,cananlardan gərəkdir zəmanət ola,
Bir busə bəxş eyləsə,onda xatircam olaram.

Ramazan Ərgünəş

01:32