14 June 2019

İvanka Trampın xüsusi təşəkkür etdiyi azərbaycanlı xanım...

Nə qədər ki, fərdlərin təfəkküründə inqilab olmayıb, yüksək tərəqqidən danışmaq olmaz. Hər bir insanın mahiyyəti onun təfəkkürünün səviyyəsindən asılı deyilmi? Bu gün Azərbaycanda elə bölgələrimiz vardır ki, hələ də qızların təhsil almasına maneələr yaradılır. Təəssüf ki, həmin qızların bəziləri valideynləri tərəfindən erkən nigahlara sürüklənirlər. Adları orta məktəb şagirdləri sırasında getsə də evdən məktəbə buraxılmırlar.

ABŞ-da orta təhsil...

Məlum olduğu kimi, Azərbaycanda tədris ili başa çatır. Oxuculara maraqlı olar deyə, dünyada ən demokratik sayılan ABŞ-ın təhsil sistemi haqqında söhbət açmaq istəyirəm.Əvvəlcə onu qeyd edim ki, ABŞ-da vahid təhsil sistemi olmadığından burada vahid qaydalar da yoxdur. Daha doğrusu, hər bir ştatın öz təhsil sistemi vardır və təhsilə aid bütün qaydalar ştat rəhbərliyi səviyyəsində təyin olunur. Ona görə də ABŞ-da təhsil ilinin başlanğıcı və sonu müxtəlif ştatlarda ayrı-ayrı tarixlərə təsadüf edir.