04 June 2019
Şuşada toxunmuş Cümhuriyyət bayrağımız
Xudaferin.eu xəbər verir ki, Azərbaycan Demokratik Respublikasının ilk bayrağı əks olunduğu bu xalça 1926-cı ildə Qarabağda, Şuşa şəhərində toxunub.
Xalçanın üzərində ərəbcə bu şeir yazılıb:
Zikr edər cinn, mələk, həm insan:
Yaşasun dövləti-Azərbaycan.
Hürr, azadə yaşatsın hamını,
Həmhüquq olsun ər ilə nisvan.
Sonuncu sətirlərdən də görünür ki, müstəqil Azərbaycan dövlətinin yaranması ilə kişi və qadınların hüquq bərabərliyi vəsf olunur.
Bayrağın üzərində: "Azərbaycan bayrağı" yazılıb.