12 May 2019

Elman Eldaroğlu yazır Vaqif olsan musiqiyə Vaqifi anlayarsan…

Musiqi ilahi möcüzədir. Bu möcüzə ruhu göyərçin kimi səmaya qaldıra bilir, xəyalları qanadlandırıb keçmişə, yaddaşında iz buraxan xatirələrə istiqamətləndirir. Eşitdiyimə görə, Qafqazın böyük KİŞİərindən biri Şeyx Şamil İslam qaydalarına əsaslanıb musiqini şeytan əməli kimi qadağan etmişdi. Cəza tədbiri olaraq kimsənin musiqi səsləndirdiyi məlum olarsa ona yetmiş çubuq vurulmasını da tapşırmışdı. Bir gün evə dönərkən anasının mahnı oxuduğunu görür. Ayaqları əsir, dili topuq vurur. Əmr edir ki, anasının əvəzinə ona mərhəmət göstərilmədən yetmiş çubuq vurulsun.

Qarabağın böyük oğlu: Xosrov bəy Sultanov - 140

Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Qarabağın Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur.