08 May 2019

Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və Almaniya Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Xarici İşlər Nazirliyindən xudaferin.eu-ya verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici İşlər nazirinin müavini Xələf Xələfov, Almaniya tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert rəhbərlik ediblər.

Niderlandın milli qəhrəmanı Məmməd Məmmədov anılıb

Niderland krallığında qeyd olunan 9 May Qələbə günü ilə bağlı tədbirlər çərçivəsində əslən Azərbaycanlı, Niderlandın milli qəhrəmanı Məmməd Məmmədovun da anım günü qeyd olunub.

Bu barədə REAL tv-yə məlumat verən Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov tədbirlərin Azərbaycanlı kəşfiyyatçının doğulduğu Zaqatalada da keçiriləcəyini deyib.

Gürcüstan patriarxı müsəlmanlarla görüşdü

Gürcüstan patriarxı II İlya Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbərliyi ilə görüş keçirib.

Xudaferin.eu xəbər verir ki, görüşdə GMİ sədri Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Yasin Əliyev iştirak ediblər.

Görüşdə Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ müzakirə olunub.

II İlya məbəd-kompleksi ilə bağlı yaranmış vəziyyətin tezliklə ədalətli və sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

 

xudaferin.eu

Bakıda gəmi partlayışında 13 nəfər yaralanıb

Xəzər Dəniz Neft Donanmasının “İsrafil Hüseynov” adına gəmisində partlayış olub.

Xudaferin.eu xəbər verir ki, yaralanan şəxslər arasında əcnəbilər də var. Zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.

Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə bildirib ki, "İsrafil Hüseynov" boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdardırlar: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda "Saipem” şirkətinə icarəyə vermişik.