11 April 2019

Gürcüstan Rusiyadan təbii qaz alacaq

Gürcüstan Rusiyadan az miqdarda da olsa təbii qaz alacaq.

Xudaferin.eu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Kobuliya deyib.

Nazir Rusiyadan Ermənistana satılan təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə, Rusiyadan az miqdarda da olsa “mavi yanacaq” alınacağını bildirib. O deyib ki, Rusiya tərəfi ilə aparılan danışıqların nəticəsi olaraq “Gazprom” şirkəti ilə imzalanmış müqavilədə Gürcüstana az miqdarda da olsa təbii qazın verilməsi barədə maddə əksini tapıb.

Xudaferin.eu

Tripolidə gedən döyüşlərdə son bir həftə ərzində 58 nəfər ölüb

Feldmarşal Xəlifə Haftarın Tripoliyə hücumu ilə başlanan döyüşlərdə son bir həftə ərzində 6-sı mülki vətəndaş olmaqla, 58 nəfər ölüb, 275 nəfər isə yaralanıb.

Xudaferin.eu xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı açıqlamada bildirilib. Məlumatda qeyd olunub ki, həyatını itirən mülki vətəndaşların ikisi həkim, biri isə təcili tibbi yardım avtomobilinin sürücüsüdür. Minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Xudaferin.eu

Şotlandiyada 5 min illik abidənin üzərinə qrafiti təsvir edilib

Şotlandiyanın Orkni bölgəsində 5000 il əvvəl tikilən Neolitik mərasim sahəsi olan “Brodqarın üzüyü” (Ring of Brodgar) abidələrinin üzərinə qrafiti təsvir edilib. Belə ki, bir-birindən aralı dayanan 27 abidədən birinin üzərinə qrafiti təsviri müşahidə edilib.

Xudaferin.eu xəbər verir ki, polisdən verilən məlumata görə, bu qiymətli əsərlərə qarşı edilən vandalizm araşdırılır və günahkarlar cəzalandırılacaq.

Qeyd edək ki, Böyük Britaniyanın adalarında üçüncü ən böyük daş dairəsi olan abidələr UNESCO-nun Dünya İrs Siyahısına daxildir.

Xudaferin.eu

Sərgi: “Nəcəf bəy Vəzirov-165”

Aprelin 11-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli publisist, dramaturq Nəcəf bəy Vəzirovun 165 illiyi münasibətilə “Nəcəf bəy Vəzirov-165” adlı kitab sərgisi açılıb.

Xudaferin.eu xəbər verir ki, sərgidə dramaturqun Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunub.

Sərgi bir həftə davam edəcək.

Xudaferin.eu