Sinayda terror aktlarının həyata keçirilməsini planlaşdıran 11 ekstremist məhv edilib

Misirin təhlükəsizlik qüvvələri antiterror əməliyyatı çərçivəsində ölkənin güc qurumlarına və həyati vacib obyektlərinə terror hücumuna hazırlaşan 11 ekstremisti məhv ediblər.

Xudaferin.eu xəbər verir ki, terrorçu qrupun Sinay yarımadasının Əl-Ariş şəhərinin Əbu-Eta rayonundakı binalardan birində yerləşmələri barədə operativ məlumat alan təhlükəsizlik qüvvələri ekstremistlərin zərərsizləşdirilməsi əməliyyatını həyata keçiriblər. Başlanmış atışma nəticəsində 11 terrorçu məhv edilib. Onların üzərilərində müxtəlif növ silahlar, partladıcı maddələr, həmçinin “intiharçı kəməri” aşkarlanıb.

Xudaferin.eu

17:59