11 March 2019

Azərbaycan kikboksçusu “Glory 64” turnirində növbəti qələbəsini qazanıb

Azərbaycan kikboksçusu Alim Nəbiyev Strasburqda təşkil olunan “Glory 64” turnirində növbəti döyüşünü keçirib.

Xudaferin.eu xəbər verir ki, “Qəbələ” idman klubunun təmsilçisi, yarım orta çəki dərəcəsində mübarizə aparan Alim Nəbiyev hollandiyalı Murtela Qroenhart ilə qarşılaşıb. “Glory” seriyasının reytinq birincisi olan idmançımız görüşdən qalib ayrılıb - 4:1.

Qeyd edək ki, Azərbaycan kikboksçusu peşəkar rinqdə keçirdiyi 58 döyüşdən 51-də, “Glory” seriyasında keçirdiyi 6 görüşdən isə 5-də qələbə qazanıb.

Xudaferin.eu

Azərbaycanlı akademikin monoqrafiyası “Springer” nəşriyyatı tərəfindən satışa buraxılıb

ABŞ-ın İsveçrədəki məşhur “Springer” nəşriyyatı tərəfindən mart ayında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin “Noise Control of the Beginning and Development Dynamics of Accidents” monoqrafiyası onlayn satışa buraxılıb.

Parlamentdə qadınların çox olduğu ölkələrin reytinqində dördüncü yeri İspaniya tutur

Parlamentdə qadınların çox olduğu ölkələrin reytinqində dördüncü yeri İspaniya tutur, bu ölkədə rəhbər vəzifələr tutan qadınların nisbi sayı isə Avropa İttifaqı üzrə orta göstəricidən yüksəkdir.

AZƏRTAC Avropa Gender Bərabərliyi İnstitutuna (EİGE) istinadla xəbər verir ki, İspaniya parlamentindəki yerlərin 38 faizi qadınların payına düşür. Bu göstərici üzrə İspaniyanı yalnız İsveç (46 faiz), Finlandiya (42 faiz) və Belçika (42 faiz) qabaqlayır, Danimarka, Almaniya, Böyük Britaniya və Fransa kimi ölkələr isə İspaniyadan geri qalır.

Tanınmış amerikalı jurnalistlər Azərbaycan haqqında reportajlar hazırlayacaqlar

ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetinin əməkdaşı Monika Krouli və 77WABC radiosunun aparıcısı Con Baçelor Azərbaycan haqqında reportajlar hazırlayırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 11-də Qubaya gələn tanınmış amerikalı jurnalistlərlə rayon icra hakimiyyətində görüş keçirilib.

Efiopiyada qəzaya uğramış təyyarənin hər iki qara qutusu tapılıb

Efiopiyada qəzaya uğramış “Boeing 737 MAX 8” təyyarəsinin hər iki qara qutusu tapılıb.

Xudaferin.eu “Ethiopian Airlines” aviakompaniyasının “Twitter” səhifəsinə istinadla xəbər verir ki, qəza yerində fəaliyyət göstərən mütəxəssislər parametrik qeydlər aparan (Flight data recorder) və pilotların danışıqlarını qeydə alan (Cockpit voice recorder) qara qutuları tapıblar. Axtarış əməliyyatı davam edir, yerə çırpılarkən tamamilə parçalanan laynerin fraqmentləri toplanır, cəsədlər tanınması üçün morqa daşınır.

Rüstəm Qasımov: ABŞ-a medal qazanmaq üçün gəlmişdim

Yaxşı yarış oldu və mən də uğurla çıxış etdim. Başda məşqçilərim Asif Məmmədov və Taleh Hüseynova minnətdarlığımı bildirirəm. Bir sözlə əməyi olan hər kəsə əziyyətinə görə çox təşəkkür edirəm. Medal qazanmağım çox yaxşı oldu.

Xudaferin.eu xəbər verir ki, bu sözləri ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində 67 kiloqram çəki dərəcəsində birdən qaldırma hərəkətində bürünc medal qazanan Rüstəm Qasımov söyləyib.

Əbu-Dabidə ölkə ərazisinə düşən meteoritin axtarışlarına başlanılıb

Birləşmiş Ərəb Əmirliklərinin Astronomiya Mərkəzi yerlı sakinlərə martın 5-də “Əl Vathba” rayonunun cənubundakı səhralığa düşən meteoritin axtarışında kömək etmələri üçün müraciət edib.

Xudaferin.eu yerli KİV-ə istinadla xəbər verir ki, meteoritin düşməsini iki nəzarət məntəqəsinin kameraları qeydə alıb.

Tomiris Mustafazadə İndoneziyada keçirilən üzgüçülük yarışında qalib olub

Dünya su idmanı yarışlarında sualtı üzgüçülük növü “fridayvinq” adlanır. Əslində bu idman növü ən yeni sahə sayılır. Sualtı üzgüçülük yarışında əsas şərt idmançının öz nəfəsi ilə hovuzun, dənizin və ya okeanin dərin qatlarında üzməkdir. Keçən əsrin 80-ci illərindən başlayaraq qadınlar arasında fridayvinq idman növü papulyarlıq qazanmağa başladı. Azərbaycanda hələ ki, bu idman növü kütləvi xarakter almasa da, fridayvinqlə  peşəkar səviyyədə məsğul olan ilk azərbaycanlı qızı Tomiris Mustafazadə İndoneziyada keçirilən fərdi yarismada 18 metir okeanin derinliyinde uzmekle qalib olub.