Latviya ali məktəbləri əcnəbi tələbələr üçün yay məktəbləri təşkil edir

Latviyada təhsilin inkişafı üzrə Dövlət Agentliyi (VİAA) bir neçə yerli universitet ilə birlikdə əcnəbi tələbələr üçün yay məktəbləri təşkil edir.

Xudaferin.eu xəbər verir ki, latış dilini öyrənmək, folklor və mədəniyyəti ilə tanış olmaq istəyən hər bir tələbə bu məktəblərdə iştirak edə bilər. VİAA yay məktəbində iştirak hüququ qazanan ən yaxşı tələbələrə 711 avro təqaüd təyin edilib. Təqaüddən Azərbaycan da daxil olmaqla yalnız 40 ölkənin nümayəndələri yararlana bilər. Həmin siyahıya daxil olmayan ölkələr təqaüd proqramına düşmür. Təqaüd almaq üçün maraqlı motivasiya məktubu yazmaq lazımdır.

Təqaüdə yaşamaq, yemək, təhsil, dərs vəsaitləri, əyləncəli tədbir və ekskursiyalarda iştirak haqları daxildir. Bu məbləğə yol haqqı, sığorta və viza xərcləri daxil deyil. Arzu edən hər kəs VİAA-nın rəsmi saytında qeydiyyatdan keçə bilər.

Xudaferin.eu

17:29