04 March 2019

İranda helikopter qəzası: 5 nəfər həlak olub

Bu gün İranın Çaharbahar və Bəxtiyarı vilayətində təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.

Xudaferin.eu xəbər verir qəza nəticəsində 5 nəfər həlak olub.

Vilayətin valisinin müavini Cəfər Məradi mətbuata açıqlamasında bildirib ki, helikopter Şəhrikürd şəhəri yaxınlığında qəzaya uğrayaraq partlayıb. Hadisə yerinə gələn müvafiq qurumların mütəxəssisləri qəzanın səbəbini müəyyən etməyə çalışırlar.

Xudaferin.eu

İtaliya nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan İtaliya nümayəndə heyəti martın 4-də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq məzarları üzərinə tər çiçəklər düzüb.

AZƏRTAC xəbər verir ki, qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

Azərbaycan alimləri beynəlxalq elmi konfransda Xocalı soyqırımının mahiyyətindən danışıblar

Fransanın Nitsa şəhərində AMEA-nın Fəlsəfə İnstitutunun və Nice Sophia Antipolis Universitetinin birgə təşkilatçılığı ilə “Bərabərlik: fəlsəfədən hüquqa” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Fəlsəfə İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə bir neçə dövlətin filosofları və hüquqşünas alimləri iştirak ediblər.

Estoniyadakı parlament seçkilərində müxalifət qüvvələri qalib gəlib

Martın 3-də Estoniyada keçirilən parlament seçkilərinin qalibi ümumi səslərin 28,8 faizini toplayan müxalif partiya - Liberal İslahatlar Partiyası olub. AZƏRTAC xəbər verir ki, Avropa Parlamentinin keçmiş üzvü Kaya Kallasın rəhbərlik etdiyi partiya hazırkı baş nazir Yuri Ratasın təmsil etdiyi respublikaçıları keçərək Rigikoquda ən çox mandata sahib olub.

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayıb

Martın 4-də Cənubi Koreya və ABŞ “Tonmen” (İttifaq) kod adı altında müştərək hərbi təlimlərə başlayıb.

Xudaferin.eu xarici KİV-lərə istinadla xəbər verir ki, Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına əsasən, bu təlimlər “Kye Resolve”, həmçinin “Toksuri” (“Foal Eagle”) manevrlər seriyasının əvəzinə keçirilir.

Alimlər qaranlıqda görmə texnologiyası icad ediblər

Çin alimləri infraqırmızı diapazonda insanın qaranlıqda görməsini təmin edən texnologiya icad ediblər. Yeni texnologiya gecə görmə cihazlarını effektini verir.

Xudaferin.eu BBC-nin saytına istinadla xəbər verir ki, yeni cihazdan istifadə etmək üçün kiçik nanohissəciklərin nazik təbəqəsini gözün retinasına yerləşdirmək və fotoreseptorların adətən görmə spektrinin arxasında yerləşən infraqırmızı şüalanmaya reaksiyasını təmin etmək kifayətdir.

Cari ilin fevralında Türkiyədə 93 terrorçu zərərləşdirilib

Türkiyənin daxili işlər nazirinin köməkçisi İsmail Çataklının verdiyi məlumata görə, fevral ayında ölkədə aparılan əməliyyatlar nəticəsində 93 terrorçu zərərləşdirilib.

Xudaferin.eu xəbər verir ki, məlumata görə, 2016-cı il iyulun 15-dən etibarən ölkə üzrə FETÖ ilə əməkdaşlıqda şübhəsindən 511 min 646 nəfər saxlanılıb. Onlardan 30 min 709 nəfəri hələ də həbsdədir.

Xorvatiyada jurnalistlər etiraz aksiyası keçiriblər

Zaqrebin mərkəzində yüzlərlə jurnalist etiraz aksiyasına çıxıb.

Xudaferin.eu xəbər verir ki, jurnalistlər onlara qarşı təzyiqlərin aradan qaldırılması və azad söz ilə bağlı tələblər irəli sürüblər.

Aksiya Xorvatiya Jurnalistlər Birliyi tərəfindən təşkil edilib. Jurnalistlər onlara qarşı ölkədə açılan 1100 məhkəmə işini pisləyib. HRT ictimai televiziyasının jurnalistlərə qarşı açdığı 30 məhkəmə işindən sonra, KİV nümayəndələri ölkədə olan senzuraya şikayət ediblər. Tələblər hökumətə təqdim olunacaq.

Xudaferin.eu

Azərbaycan şirkətlərinin Lvovdakı fəaliyyəti müzakirə edilib

Ukraynanın Lvov vilayəti bizim üçün prioritetdir. Biz həmişə iş adamları üçün Lvovun təhlükəsiz və stabil olduğunu tərəfdaşlarımıza bəyan etmişik.

Xudaferin.eu xəbər verir ki, bu fikri Lvov vilayəti Dövlət Administrasiyasının sədri Oleq Sinyutka ilə görüşdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev söyləyib.

Görüş zamanı səfir Lvovdakı Azərbaycan şirkətlərinin fəaliyyəti barədə maraqlanıb, onlara göstərilən dəstəyi yüksək qiymətləndirib.