14 September 2018

Finlandiyada zavoddakı yanğına görə şəhər təxliyyə edildi - VİDEO

Finlandiyanın Salo şəhərində şam zavodunda baş verən yanğın səbəbindən təxliyyə başlanılıb. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi Finlandiya Xilasetmə Xidmətinə istinadla məlumat yayıb. 

200 ton parafinin olduğu zavoddakı yanğın 10 min kvadrat metr ərazini əhatə edib. Hadisə yerinə 30 yanğınsöndürən cəlb edilib. Ölən və ya xəsarət alan yoxdur. 

Zavoddan çıxan qatı tüstü yaxınlıqdakı magistralda hərəkəti çətinləşdirib. Yanğının səbəbləri ilə bağlı məlumat verilmir. 

Xudaferin.eu

Avropa çempionatının ilk günündə dörd medal qazandıq—FOTO

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə gənclərin Avropa birinciliyi keçirilir. 

Xudaferin.eu  xəbər verir ki, mötəbər yarışın ilk günündə cüdoçularımız dörd medal qazanıblar.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan cüdoçusu Moldova, Gürcüstan, Fransa və Rusiya idmançılarını məğlub edərək Avropa çempionu olub.