Millimiz Belarusda güclü heyətlə yarışacaq

Sentyabrın 14-16-da Belarusun paytaxtı Minskdə üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə Qran-Pri turniri keçiriləcək.

Xudaferin.eu xəbər verir ki, ənənəvi yarışda sərbəst kişi və qadın güləşçilərimiz qüvvəsini sınayacaq.

Minskdə 11 sərbəst kişi güləşçimiz mübarizə aparacaq. Baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında ölkəmizi Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr QostiyevMurad Süleymanov (hər ikisi 86 kq), Şərif Şərifov (92 kq), Aslanbəy Alborov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.

Bir neçə gün öncədən Belarusa yollanaraq orada təlim-məşq toplanışı keçən qadınlardan ibarət millimizin səkkiz üzvü turnirdə çıxış edəcək. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Elman İsmayılov yarışda ədaləti qoruyacaq.

Xudaferin.eu

14:27