05 September 2018

Gürcüstanda güclü partlayış

Gürcüstanın Poti şəhərində baş verən güclü partlayış zamanı bir nəfər ölüb, üç nəfər yaralanıb. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “Rustavi 2” telekanalı məlumat yayıb.

Partlayış şəhərin Nabado rayonunda, naməlum şəraitdə baş verib. Hadisə zamanı gənclərin əlindəki qumbara partlayıb. 

Xəsarət alanlar Poti və Kutaisidəki xəstəxanalara çatdırılıb. Onlardan birinin yetkinlik yaşına çatmadığı bildirilib. 

Hadisə nəticəsində yaxınlıqdakı infrastruktura da ziyan dəyib. 

Xudaferin.eu

Kartofa gömrük rüsumu artırıldı

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Xudaferin.eu xəbər verir ki, dəyişikliyə əsasən, ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsi 15%-dən 30%-ə qaldırılıb.

Tramp Azərbaycana səfir üçün namizədini açıqladı

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədini irəli sürüb.

Xudaferin.eu xəbər verir ki, bununla bağlı məlumat Ağ Evin rəsmi saytında dərc olunub. 

Bu posta namizəd kimi Erl Litzenberqer göstərilib. 

E. Litzenberqer bundan əvvəl ABŞ-ın Serbiya və Qırğızıstandakı diplomatik missiyalarında çalışıb. Fransız, rus, serb və bolqar dillərini bilir. 

Xudaferin.eu

İsmayıllıda təbiətə 22 min manat ziyan vurulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, reyd zamanı İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən “Raqib-FK” MMC tərəfindən Əyriçay çayının sağ sahilindən 4078,08 m3 həcmində gilin çıxarıldığı məlum olub. 

Sanatoriya-kurort müalicəsi üzrə xərclərlə bağlı yeni - QƏRAR

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Xudaferin.eu xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədovimzalayıb.

ABŞ dövlət katibi türkiyəli nazirə zəng etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub. 

Xudaferin.eu xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Ankaradakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Telefon söhbəti ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. 

Söhbət zamanı Suriyanın İdlib əyalətində və Menbiç rayonunda mövcud vəziyyət müzakirə olunub. 

Xudaferin.eu

Suriyada iranlı hərbçilərin ölümündə amerikalıları ittiham etdilər

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya ərazisində ən azı səkkiz iranlı hərbçini öldürüb. 

Xudaferin.eu xəbər verir ki, bu barədə Al Masdar News Suriyanın İnsan haqlarının monitorinq mərkəzinə istinadən məlumat yayıb. 

Bildirilir ki, hadisə bu yaxınlarda ABŞ hərbi bazasının yerləşdiyi Et-Tanf yaşayış məntəqəsi yaxınlığında baş verib. 

Qeyd olunur ki, daha 11 nəfər yaralanıb. 

Beynəlxalq koalisiya bu məlumatı təsdiqləmir. 

Xudaferin.eu

Səudiyyə Ərəbistanında internetlə bağlı sərt cəza qüvvəyə mindi

Səudiyyə Ərəbistanında informasiya texnologiyaları sahəsində cinayətlərə görə yeni cəza qüvvəyə minib.

Xudaferin.eu xəbər verir ki, ölkənin Baş Prokurorluğunun “Twitter” səhifəsində yer alan məlumata görə, ictimaiyyətə təhlükə ola biləcək onlayn-kontentə görə 5 il müddətinə həbs cəzası yaxud da 800 min dollar cərimə nəzərdə tutulur. 

Söhbət ictimai əsayişi, dini dəyərləri, mənəviyyatı və ya özəl həyatın toxunulmazlığını pozan materilların hazırlanması, göndərilməsi, internet şəbəkəsində yaxud da kompüterdə saxlanılması kimi cinayətlərdən gedir.

Tacikistan TIR sürücülərinə Azərbaycan sərhədini məsləhət gördü

Tacikistan Nəqliyyat Nazirliyi Türkmənistan sərhədində qalan yük avtomobillərinin (TIR) sürücülərinə İran-Azərbaycan sərhədindən keçməyi təklif edib. 

Xudaferin.eu “Sputnik-Tacikistan”a istinadən xəbər verir ki, İran-Azərbaycan sərhədindən keçən TIR-ların sürücüləri Tacikistana Rusiya, Qazaxıstan və Özbəkistan ərazisindən keçməklə gedə bilər.

Qeyd edək ki, İran ərazisi ilə Tacikistana gedən yüklə dolu TIR-lar artıq bir həftədən çoxdur Türkmənistan sərhədini keçə bilmir. Buna səbəb Aşqabadın həmin TIR-lara ölkə ərazisinə keçməyə icazə verməməsidir. 

Londonda müəmmalı zəhərlənmə

Londonda zəhərli maddədən istifadə edilən hücum nəticəsində üç nəfər zərər çəkib. 

Xudaferin.eu xəbər verir ki, bu barədə “The İndependent” nəşri məlumat yayıb. 

Hücum zamanı hansı zəhərli maddədən istifadə edildiyi açıqlanmır. Zərərçəkənlərə hadisə yerində ilkin tibbi yardım göstərilib. Sonradan onlar xəstəxanaya çatdırılıb. 

Polisdən bildiriblər ki, hadisə ilə bağlı heç kim həbs olunmayıb.

Xudaferin.eu

"Əvvəlki tutuquşulardan fərqli olaraq Əbdülə yeni rol da tapşırılıb" - İTTİHAM...

Hacı Əbdül adlı birisinin heç zaman müsahibəsini oxumağa vaxt sərf etməzdik, əgər ”Tamerlan Qarayev Qatır Məmmədə demişdi...” başlığı olmasaydı. Zatən  uzun-uzadı, mənasız, bayağı danışıqla dolu bu müsahibənin məqsədi də bu başlıqda, burdan qaynaqlanan ittihamdadı. Müsahibə götürən müəllif yazıya intellekt çalarlarla bəzək vurmağa çalışsa da müsahibdən yararlı heç nə qopara bilmədiyinin fərqində olduğundan başlıqla cəlbetmə prinsipinə üstünlük verməyə məcbur olub.

‘Səni Deyirlər’ - İranda türklər rəqslə etiraz edir (VİDEO)

Bu günlərdə İran Azərbaycanı və Tehranda “Səni Deyirlər” adlı bir türk mahnısı ilə evlərində, küçədə, bağda, sinifdə, maşında, hərbi garnizonda və hətta iş yerlərində rəqs edən minlərlə vətəndaşı göstərən videolar sosial şəbəkələr və medianın gündəmindədir.

Bəzi istifadəçilər yazır ki, rəqs edənlər toplumu qəmə və kədərə məhkum edən qadağalara meydan oxuyurlar.