Tacikistan TIR sürücülərinə Azərbaycan sərhədini məsləhət gördü

Tacikistan Nəqliyyat Nazirliyi Türkmənistan sərhədində qalan yük avtomobillərinin (TIR) sürücülərinə İran-Azərbaycan sərhədindən keçməyi təklif edib. 

Xudaferin.eu “Sputnik-Tacikistan”a istinadən xəbər verir ki, İran-Azərbaycan sərhədindən keçən TIR-ların sürücüləri Tacikistana Rusiya, Qazaxıstan və Özbəkistan ərazisindən keçməklə gedə bilər.

Qeyd edək ki, İran ərazisi ilə Tacikistana gedən yüklə dolu TIR-lar artıq bir həftədən çoxdur Türkmənistan sərhədini keçə bilmir. Buna səbəb Aşqabadın həmin TIR-lara ölkə ərazisinə keçməyə icazə verməməsidir. 

Tacikistan Nəqliyyat Nazirliyi Türkmənistan tərəfinə rəsmi məktubla müraciət etsə də, cavab ala bilməyib.

Xudaferin.eu

10:44