05 July 2018

Vergilər Nazirliyi tikinti obyektlərinə kamera quraşdırıb

Vergilər Nazirliyi qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır.

Xudaferin.eu nazirliyə istinadən xəbər verir ki, Vergilər Nazirliyi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir.

Nazir yeni müşavirlər təyin edib

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri və nazirin müşaviri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Oxu.Az-ın verdiyi xəbərə görə, nazirin müvafiq əmrinə uyğun olaraq, yeni yaradılan Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsi Azadə Hüseynovaya havalə olunub.

Yaşar ƏliyevAydın İsmiyev və Vüqar Şahinzadə nazirin müşavirləri təyin olunublar.

Oxu.az

İşğal olunmuş ərazilərdəki vəziyyət BMT-nin müzakirəsində

“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamə layihəsi yenidən BMT Baş Assambleyasının 73-cü sessiyasının iş proqramında əksini tapıb.

Xudaferin.eu məlumat verir ki, adıçəkilən sənəd sessiyanın gündəliyinə salına bilər.

Qeyd edilir ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi Baş Assambleyanın 72-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi, bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib. 

Sabaha hava küləkli olacaq

İyulun 6-da Bakıda və Abşeron yarımadasında  hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə,  havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 754 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Fuad Muradov: Erməni lobbisinə ağır zərbələr endirəcəyik

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradoverməni diaspor təşkilatlarına xəbərdarlıq edib.

Xudaferin.eu-nun verdiyi xəbərə görə, F. Muradov deyib ki, erməni lobbisi öz çirkin əməllərindən əl çəkməlidir: 

“Azərbaycan diasporu olaraq yaxın zamanda erməni lobbisinə ağır zərbələr endirəcəyik. Azərbaycan diaspor təşkilatları istənilən vaxt buna hazırdır” .

Xudaferin.eu

Çin ABŞ-ı “psixoloji terror”da ittiham etdi

ABŞ-ın Çin və digər ticarət tərəfdaşlarına qarşı rüsum tətbiq etməsi “psixoloji terror”dur və müasir tendensiyalara uyğun deyil. 

Xudaferin.eu “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Kommersiya Nazirliyinin rəsmi nümayəndəsi Qao Fen deyib. 

“ABŞ son vaxtlar 50 milyard dollar dəyərində Çin mallarına rüsum tətbiq edilməsi ilə bağlı təhdidlərə başlayıb.  Bundan başqa, ABŞ bu təhdidləri digər ticarət tərəfdaşlarına qarşı da səsləndirib. 

İranın cavab sanksiyası: Hörmüz boğazı

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) digər ölkələrin neft nəqli üçün Hörmüz boğazından istifadəsinə qadağa qoymağa hazırdır.

Xudaferin.eu xəbər verir ki, belə bir bəyanatla İİKK-in rəis müavini İsmayıl Kövsəri çıxış edib.

“İran neftinin ixracına maneələr yaradılacağı təqdirdə biz neftin dünya ölkələrinə Hörmüz boğazı vasitəsi ilə çatdırılmasına imkan verməyəcəyik”, - Kövsəri deyib.

O xatırladıb ki, hazırda dünyanın “qara qızılı”nın 20%-i qeyd edilən ərazidən nəql olunur.

Xudaferin.eu

Kanadada 16 nəfər anomal istilərin qurbanı oldu

Kanadanın Kvebek vilayətində davam edən anomal istilər 16 nəfərin ölümü ilə nəticələnib.

Xudaferin.eu xəbər verir ki, onlardan 11-i vilayətin ən iri şəhərində - Monrealda dünyasını dəyişib. Meqapolisdə isti hava şəraiti ilə əlaqədar təcili yardıma zənglər 30 faiz artıb.

Bildirilir ki, Monrealda sonuncu dəfə normadan yüksək hava 2010-cu ilin yayında qeydə alınıb. Həmin vaxt anomal istilər 106 nəfərin həyatına son qoyub.  

Xudaferin.eu

Avropa Bankı TAP-ın tikintisinə 500 milyon kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurası Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisinə kreditin ayrılmasını təsdiq edib.

Xudaferin.eu xəbər verir ki, layihəyə 500 mln. avro kredit xətti açılıb.

Qeyd edək ki, layihənin ümumi dəyəri 4,5 milyard avro təşkil edir.

Nəzərə çatdıraq ki, TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq.

Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi

Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib.

Xudaferin.eu xəbər verir ki, sənəddə qaçqın və məcburi köçkünlərə dair xüsusi bənd əks olunur və burada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində münaqişə zonalarında yaşayan çoxsaylı qaçqın, məcburi köçkün və mülki şəxslərin dəstəklənməsi istiqamətində hakimiyyət orqanlarının ciddi səylərinə dəstək verilməsinə çağırış edilir.

Sənəddə Azərbaycanın Avropa İttifaqının enerji sahəsində strateji müttəfiqi olduğu vurğulanır.

Əfsanəvi boksçu Azərbaycana gəlir

Məşhur amerikalı sabiq boksçu Mayk Tayson Azərbaycana gələcək.
 
Xudaferin.eu bildirir ki, bu barədə Oxu.Az-a “Qodzilla” şirkətindən məlumat verilib.
 
Onunla bu haqda söhbət aparılıb. Tayson Azərbaycana gəlməyə razılıq verib. Onun Bakıya gəlişi oktyabr-noyabr aylarında olacaq. Həmin müddətdə Tayson boksçulara seminar keçəcək və fanatlara avtoqraf paylayacaq.
 
Qeyd edək ki, Mayk Tayson peşəkar boksun WBA, WBC və IBF versiyaları üzrə dünya çempionu olub. O, 1985-2005-ci illərdə peşəkar boksla məşğul olub.