Vergilər Nazirliyi tikinti obyektlərinə kamera quraşdırıb

Vergilər Nazirliyi qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır.

Xudaferin.eu nazirliyə istinadən xəbər verir ki, Vergilər Nazirliyi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir.

“ASAN xidmət”lə birgə əməkdaşlığa əsasən, həmin qurumun nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir.

Bundan əlavə, tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən edilərək, həmin informasiyalar “ASAN xidmət”in Monitorinq Mərkəzinə inteqrasiya olunur.

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında əmək müqaviləsi bildirişləri üzrə Elektron İnformasiya Sistemində əlavə olaraq 43 min 434 əmək müqaviləsi qeydə alınıb. Bu, 2017-ci ilin eyni dövrünə nisbətən iki dəfədən çox (ötən il 21 min 506 müqavilə) təşkil edib. 

2018-ci il iyunun 1-nə qədər 1 milyon 354 mindən çox müqavilə bağlanıb. Ötən ilin analoji dövründə həmin rəqəm 1 milyon 287 minə bərabər olub. Əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də, tikinti sahələrində qeydə alınıb. 

Xudaferin.eu

19:48