12 May 2018

Tbilisidə kütləvi etiraz: Onlarla fəal saxlanılıb

Tbilisidə polis əməkdaşları icazəsiz aksiya keçirən onlarla sakini saxlayıb.

Xudaferin.eu “İnterfaks”a istinadən xəbər verir ki, aksiya iştirakçıları gecə klublarına edilən reydlərə etiraz edib.

Şənbə günü “Basiani” və “Qaleri” gecə klublarında keçirilən xüsusi əməliyyatdan sonra narkotik vasitə alverində şübhəli bilinən səkkiz nəfər saxlanılıb.

Gürcüstanın hüquq mühafizə orqanları həmin şəxsləri son üç ay ərzində izləyib.  

Əfqanıstanda ABŞ əsgərlərinə hücum: Ölənlər var

Əfqanıstanın şimalında dörd ABŞ əsgəri öldürülüb.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Taliban”a bağlı mənbələr məlumat yayıb.

Əfqanıstanın şimalındakı Pərvan əyalətinin Bagram rayonunda “Taliban” tərəfindən ABŞ-a aid zirehli nəqliyyat vasitəsinə hücum təşkil edilib.

Maşında olan dörd ABŞ əsgəri olub.

ABŞ hücumu təsdiqləsə də, ölənlərlə bağlı hər hansı bir açıqlama yoxdur.

Xudaferin.eu

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt açıqlandı

ABŞ Xarici İşlər Nazirliyi Təl-Əvivdən Qüdsə köçürməyə qərar verdikləri səfirlik binasının 14 mayda açılacağını bəyan edib.

Xudaferin.eu “Anadolu”ya istinadən xəbər verir ki, köçürülmə prosesinə ABŞ-ın İsraildəki səfiri Devid M.Fridmen başçılıq edəcək.

Nümayəndəliyə xarici işlər nazirinin müavini Con Sullivan, xəzinə naziri Stiven Mnuçin, məsləhətçilər Hared Kuşner və İvanka Tramp ona dəstək verəcək.

Sullivanın İsrail baş naziri Binyamin Netanyahu ilə görüşü də planlaşdırılır.

Paşinyan: Rusiya silahlarından imtina etməyəcəyik

ABŞ-ın Rusiyanın hərbi sənaye kompleksi müəssisələrinə qarşı tətbiq etdiyi sanksiyalar Rusiya ilə Ermənistan arasında əməkdaşlığa mane olmayacaq.  

Xudaferin.eu xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan “Rossiya 24” telekanalına verdiyi müsahibədə bildirib.

“İnanmıram ki, kimsə Ermənistana təzyiq göstərməyə çalışacaq. Belə bir təhlükəni görmürəm.

Biz bir-birimizə çox sıx şəkildə bağlıyıq. Rusiya ilə əməkdaşlıq etməmək sadəcə mümkünsüzdü.”, - deyə Paşinyan bildirib .

Qəzzada toqquşmalar: Yüzlərlə yaralı var – FOTO + VİDEO

Qəzza bölgəsində İsrail hərbçiləri ilə etirazçılar arasında baş verən toqquşmalarda 448 nəfər yaralanıb, bir fələstinli ölüb.

Xudaferin.eu xəbər verir ki, bu barədə “RİA Novosti” Fələstinin səhiyyə nazirliyinə istinadən məlumat yayıb.

Zərərçəkənlərin bir hissəsi güllə yarası alıb, qalanları gözyaşardıcı qazdan zəhərlənib.

Qeyd edək ki, Qəzza zolağında “Böyük qayıdış” yürüşü artıq yeddinci həftədir ki, davam edir.  Aksiyaların mayın 15-də “Nəkbə” (“Milli faciə”) gününün 70-ci ildönümündə daha da kəskinləşəcəyi gözlənilir.

Türkmənbaşından qəribə qadağa

Türkmənistanın Balkan və Daşoğuz vilayətlərində dövlət qeydiyyat nişanlarında 77 rəqəmi olan avtomobillər saxlanılaraq cərimə meydançasına aparılır.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti məlumat yayıb.

Məlumata əsasən belə nömrə nişanlarına qoyulan məhdudiyyət iyun ayında kimi bütün ölkə ərazisində sürülən avtomobillərə şamil olunacaq.

Azadlıq radiosunun müxbiri bildirib ki, Balkan vilayətində bir həftə ərzində 77 rəqəmi ilə başlayan bütün avtomobillər saxlanılıb.

Atəşkəsin 24 ili

“Bişkek protokolu” mayın 12-də qüvvəyə minib.

Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 24 il ötür.

Oxu.Az xəbər verir ki, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.

Tramp Ina yardım etməyə söz verib

Pxenyan öz nüvə proqramından vaz keçsə, ABŞ Şimali Koreyanın iqtisadi inkişafına dəstək olacaq.

Xudaferin.eu xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo KXDR səfərinin yekunlarına dair verdiyi mətbuat konfransında danışıb.

O, bildirib ki, Şimali Koreya rəhbərliyi ilə aparılan ilkin danışıqlar öz bəhrəsini verib.

“Bizim aramızda müxtəlif mövzularda o cümlədən, mürəkkəb və dərin problemlər haqqında, Kim Çen Inın qəbul etməli olacağı bəzi strateji qərarlar mövzusunda çox məhsuldar söhbət olub.”, - deyə Pentaqon rəhbəri bildirib.

İsrail Suriyanı İrana qarşı qaldırır

İsrailin müdafiə naziri Aviqdor Liberman Suriya prezidenti Bəşər Əsədə ölkədə olan iranlı hərbçilərlə bağlı müraciət edib.

Xudaferin.eu xəbər verir ki , bu barədə “Newsru.co.il” məlumat yayıb.

“İranlıları, Qasim Süleymanini və “Əl-Qüds” qüvvələrini qov getsin. Onlar sənə kömək edən deyillər, ancaq ziyan gətirəcəklər”, - deyə israilli nazir bildirib.

Liberman həmçinin regionda gərginliyin artması və raket hücumu təhlükəsinə görə həmvətənlərini Holan yüksəkliklərinə və ölkənin şimal sərhədlərinə səyahət etməməyə çağırıb.

Gənc alimlər yosundan 30 növ məhsul hazırladı

Rusiyanın Kamçatda dövlət universitetinin mütəxəssisləri dəniz yosunlarından hazırlanmış 30-dan çox məhsulu təqdim edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Tədqiqatçıların dediyinə görə, yosunların ilkin təkrar istehsal prosesində quru laminariya, üyüdülmüş un, kirşan, gel, qida məhsulları kökə, makaron, konditer məhsulları, çips, sublimasiyalı şorba, təbii şirə, kokteyl hazırlanıb.

Bundan savayı tədqiqat qrupu ondan əczaçılıq məhsulları da ərsəyə gətirməyə nail olub.

Saakaşvili: Gürcüstanı xilas edəcəyəm

Gürcüstanın sabiq prezidenti Mixayil Saakaşvili Gürcüstanın ən varli biznesmeni İvanişvilinin siyasətə hansı səbəbə qayıtdığını izah edib.

Xudaferin.eu xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.

“İvanişvili bildirib ki, mənim ölkəyə qayıdacağımdan və insanlara mənə qarşı münasibətdə düzgün mövqeni izah edən, qarət siyasəti ilə bağlı insanların gözünü açan “Rustavi 2”dən qorxduğu üçün siyasətə geri dönüb.

Leontyev Ermənistan barədə dediklərinə aydınlıq gətirib

Mən hər zaman siyasi efirlərdəki çıxışlarım zamanı şəxsi fikirlərimi ifadə edirəm, “Rosneft”in mövqeyini yox.

Xudaferin.eu xəbər verir ki, bunu məşhur rusiyalı jurnalist, teleaparıcı, “Rosneft” şirkətinin mətbuat katibi Mixayil Leontyev RBK-ya verdiyi açıqlamada bildirib.

Leontyev “Komsomolski Pravda” radiostansiyasının efirində səsləndirdiyi fikirlərə aydınlıq gətirib.