Paşinyan: Rusiya silahlarından imtina etməyəcəyik

ABŞ-ın Rusiyanın hərbi sənaye kompleksi müəssisələrinə qarşı tətbiq etdiyi sanksiyalar Rusiya ilə Ermənistan arasında əməkdaşlığa mane olmayacaq.  

Xudaferin.eu xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan “Rossiya 24” telekanalına verdiyi müsahibədə bildirib.

“İnanmıram ki, kimsə Ermənistana təzyiq göstərməyə çalışacaq. Belə bir təhlükəni görmürəm.

Biz bir-birimizə çox sıx şəkildə bağlıyıq. Rusiya ilə əməkdaşlıq etməmək sadəcə mümkünsüzdü.”, - deyə Paşinyan bildirib .

Onun sözlərinə görə, Moskva ilə hərbi-texniki əməkdaşlıq Ermənistanın milli təhlükəsizlik məsələsidir.

“Öz təhlükəsizliyimizin ziyanına addımlar ataq deyə, bizə kimsə təzyiq göstərəcək? Buna inanmağım gəlmir”, - deyə Paşinyan əlavə edib.

Xudaferin.eu

15:55