10 May 2018

Azərbaycan diasporu Moskvada “Ölməz alay” aksiyasında iştirak edib

Moskvadakı Azərbaycan diasporu Rusiya paytaxtında keçirilən “Ölməz alay” aksiyasında iştirak edib.

Xudaferin.eu xəbər verir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi, bu ölkədəki Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Rusiyadakı Azərbaycan İcmasının nümayəndələri əllərində Azərbaycan bayraqları və Böyük Vətən müharibəsində iştirak etmiş həmvətənlərimizin şəkilləri ilə yürüşə qoşulublar.

Rusiya Xəzərə dair konvensiyanı dəstəklədi

Rusiya avqustda Xəzərə dair konvensiyanın imzalanmasını dəstəkləyib.

Bu sözləri jurnalisltərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. 

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Ekspertlər səviyyəsində intensiv işlər gedir. Biz istəyirik ki, avqustda Astanada keçiriləcək Xəzəryanı ölkələrin sammiti məhsuldar olsun. 

Bu konvensiya əmin-amanlığı onilliklərlə uzatmağa imkan verəcək”, - Karasin deyib. 

Xudaferin.eu

Dövlət Sosial Müdafiə Fondunun xərclərində nöqsanlar aşkarlanıb

Hesablama Palatası DSMF-nin fəaliyyətində ciddi nöqsanlar aşkar edib.

Oxu.Az “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabata istinadən xəbər verir ki, 2016-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə təsdiq edilmiş proqnoz 93,5% icra edilməklə 1 mlrd. 920 mln. 994,8 min manat vəsait yığılıb, ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 mln. 612,2 min manat və ya 6,7% artaraq 342 mln. 877,2 min manat təşkil edib. 

Yerevanda etirazlar səngimir

Yerevan icra hakimiyyəti qarşısında etiraz aksiyası keçirilir.

Xudaferin.eu erməni KİV-ə istinadla xəbər verir ki, onlar Yerevan meri Taron Markaryanın istefasını tələb edirlər. 

Aksiya iştirakçılarına Yerevan Ağsaqallar Şurasının üzvü Zauiri Postancyan da qatılıb. 

Aksiya təşkilatçıları etirazların baş nazir Nikol Paşinyan və onun komandası ilə əlaqəli olmadığını açıqlayıblar. 

Xudaferin.eu

Qeyri-sabit hava şəraiti davam edəcək

Mayın 11-nə olan hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 21-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Torpaq Məcəlləsi və “Torpaq icarəsi haqqında” Qanuna dəyişiklik olunur

Azərbaycanda dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri müəyyənləşib.

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik təklif olunub.

Parlamentin Aqrar siyasət komitəsinin mayın 10-da keçirilən iclasında müzakirəyə çıxarılan sənədə əsasən, qanuna 10-1 maddəsinin əlavə olunması təklif edilir.

Politoloq: Moskva Paşinyana “güvən krediti” verməyəcək

Ermənistanın yeni baş naziri Nikol Paşinyan mayın 8-də Azərbaycan ərazisi olan Dağlıq Qarabağa gəldi. Bu, gözlənilən idi. Ermənistan yeni seçilən istənilən prezident və baş nazir ilk olaraq Dağlıq Qarabağa gəlir. Bunun iki məqsədi var.

Birinci məqsəd Ermənistanın yeni liderinin də əvvəlki lider kimi Dağlıq Qarabağa dəstək verəcəyidir.

İkinci məqsəd Azərbaycan torpaqlarının işğalı siyasətini davam etdirəcəyini Ermənistan ictimaiyyətinə göstərməkdir.

Gənc əsgərlər vətənə xidmət üçün and içir

Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilir.

Xudaferin.eu bildirir ki, bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təntənəli mərasimlər Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının hərbi hissələrində təşkil olunub.

Xudaferin.eu

İran İsrailin mövqelərinə raket atdı

İranın Suriyadakı qüvvələri İsrailin Qolan təpələrindəki mövqelərinə 20 raket atıb.

Xudaferin.eu xəbər verir ki, bununla bağlı məlumatı “Qaley TSAXAL” radiostansiyasının hərbi müxbiri Zaxi Dabuş məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı ölən olmayıb. 

Dabuş əlavə edib ki, İsrail ordusu hava hücumundan müdafiə sisteminin köməyilə bir neçə raketi tuta bilib.

“Directorate 4” “Teleqram” kanalı isə hücumun İran deyil, Suriya qüvvələri tərəfindən həyata keçirildiyini bildirib.

Xudaferin.eu

Sabunçuda qanunsuz 27 ağac kəsilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yaşköküstə 4-34 sm diametrliyində 27 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.

Xudaferin.eu oxu.az-a istinadən bildirir ki, araşdırma zamanı ağacların Yeni Ramana qəsəbə sakini Elbrus İsmayılov tərəfindən kəsildiyi və təbiətə 12450 manat məbləğində ziyan dəydiyi məlum olub. 

Faktla bağlı akt tərtib edilib.

Rəsmi Ankara: Azərbaycan əraziləri azad edilmədən...

Azərbaycan əraziləri azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması haqqında söhbət belə gedə bilməz.

Xudaferin.eu-nun məlumatına görə, bunu Trend-ə Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə xarici jurnalistlər üçün keçirdiyi brifinq zamanı etdiyi bəyanatları şərh edərkən Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Administrasiyadan qeyd ediblər ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir:

Latviyanın Moskvadakı səfirliyinə hücum olunub

Latviyanın xarici işlər naziri Edqars Rinkevinçs bəyan edib ki, Moskvadakı səfirliyə hücum olunub, iki nəfər saxlanılıb.  

Xudaferin.eu Gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Rinkevinçs Twitter-də yazıb:

“Bu gün Latviyanın Rusiyadakı səfirliyinə hücum olunub, hadisə ilə bağlı iki nəfər saxlanılıb. Latviya bu cür hadisəni şiddətlə qınayır və Rusiyadan diplomatik nümayəndələrin beynəlxalq hüquqa əsasən təhlükəsizliklərinin təmin edilməsini tələb edir”.

Xudaferin.eu

Alman biznesi antiiran sanksiyalardan qorunacaq

Almaniyanın iqtisadiyyat naziri Peter Altmeyer ABŞ-ın İran ilə nüvə sazişindən çıxmasının iqtisadi nəticələrinin minimuma endiriləcəyinə ümid edir.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Altmayer ziyanın məhdudlaşdırılmasını nəzərdə tutduğunu etiraf edir. Nazir bu sazişin gələcəyi məsələsini Fransadan və Böyük Britaniyadan olan həmkarları ilə müzakirə etməyə hazırlaşır.

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avstriya millisinə qalib gəlib

Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan yığması ilk yoxlama oyununu keçirib.

Xudaferin.eu xəbər verir ki, Faiq Qarayevin yetirmələri Avstriya yığması ilə qarşılaşıblar. Görüş Azərbaycan yığmasının 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin Sloveniya, Slovakiya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub.

Xudaferin.eu

İrəvan Teatrının Türkiyədə qastrol səfəri anşlaqla qarşılanıb

Bu il 136-cı teatr mövsümünü yaşayan İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərindən qayıdıb. Teatrın kollektivi ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı tarixinin 100-cü ildönümünün geniş təbliğ edilməsi və anım mərasimlərinin keçirilməsi məqsədilə aprelin 27-dən mayın 10-na kimi Türkiyənin Trabzon, Sakarya, İstanbul, Ədirnə, Çanaqqala, İzmir və İnegöl şəhərlərində çıxış edib.

Xudaferin.eu bildirir ki, AZƏRTAC-a bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

Keniyada bəndin dağılması nəticəsində azı 20 nəfər ölüb

Keniyada bəndin dağılması nəticəsində həlak olanların sayı azı 20 nəfərə çatıb, 10 nəfər itkin düşüb, 39 nəfər isə xəsarət alıb.

Xudaferin.eu xəbər verir ki, yerli “Standart media” nəşrinin yaydığı məlumata görə, insident mayın 10-na keçən gecə “Patel” bəndində baş verib. Hadisə nəticəsində sıx məskunlaşmış bir neçə kəndi su basıb. Yerli hökumət nümayəndələrinin sözlərinə görə, hazırda zərər çəkən ərazilərdəki əhali təxliyə olunur.

Nəşrin məlumatına əsasən, 100-dən çox ev su altında qaldığı üçün həlak olanların sayı arta bilər.