Sabunçuda qanunsuz 27 ağac kəsilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yaşköküstə 4-34 sm diametrliyində 27 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.

Xudaferin.eu oxu.az-a istinadən bildirir ki, araşdırma zamanı ağacların Yeni Ramana qəsəbə sakini Elbrus İsmayılov tərəfindən kəsildiyi və təbiətə 12450 manat məbləğində ziyan dəydiyi məlum olub. 

Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. 

 

14:41