04 May 2018

DÜNYA AZƏRBAYCANLILARI BAYRAĞINI AL, GƏL!!! ELİMİZ OBAMIZ QAN AĞLAYIR...

12 may 2018-ci il tarixdə Bakı şəhərində Qarabağ Azadlıq Təşkilatı, bir sıra ictimai xadimlər, Qarabağ döyüşçüləri, bütün Qarabağsevərlər Qarabağ torpaqlarımızın erməni işğalından azad edilməsi tələbi ilə mitinq təyin edib. Mitinqdə “Qarabağa azadlıq!” və bu ətrafda şüarların səsləndiriləcəyi bildirilir.

Bununla bağlı, Almaniya Federativ Respublikasında yaradılıb qeydiyyatdan keçmiş, bütün dünya azərbaycanlılarının birlik və həmrəyliyinə xidmət edən Dünya Azərbaycanlıları Məclisi (DAM) ümummilli Qarabağ problemimiz ilə bağlı:

Britaniya kral şousunda Qarabağ atları da olacaq

Qarabağ atları 75-ci kral at şousunda iştirak etmək üçün Britaniyanın Vindzor şəhərinə aparılıb.

Xudaferin.eu bununla bağlı ingilis mediasına istinadla xəbər verir. 

Gələn həftə başlayacaq şou zamanı Qarabağ atları çətin nömrələrdə çıxış edəcəklər. 

Qeyd edək ki, bu, Azərbaycan Atçılıq Federasiyasının belə tədbirlərdə ilk iştirakı deyil. 2016-cı ildə azərbaycanlı atlılar Böyük Britaniya kraliçasının 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmişdilər.

Xudaferin.eu

Rusiyada müxaliflərin kütləvi həbsi başladı

Rusiya müxalifət lideri Aleksey Navalnının bir müddət öncə elan etdiyi “O, bizim çarımız deyil” adlı etiraz aksiyası ilə əlaqədar kütləvi həbslər başlayıb. 

Xudaferin.eu bununla bağlı “Meduza” nəşrinə istinadla xəbər verir. 

Məlumatlara görə, Tambovda polis əməkdaşları Navalnının yerli qərargahının koordinatorunun köməkçisi İqor Slivini saxlayıb. 

Siyasi fəal Vsevolod Parşin mayın 5-nə planlaşdırılmış aksiya çağırışı ilə əlaqədar Ryazanda polis bölməsində saxlanılıb. 

Sabah 30 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 22-27,  Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Türkiyə müxalifəti namizədini açıqladı

Türkiyənin Cumhuriyyət Xalq Partiyası iyunun 24-də ölkədə baş tutacaq prezident seçkilərinə namizədini açıqlayıb. Partiya bu gün keçirilən iclasında Muharrem İncənin namizədliyini irəli sürüb.

Xudaferin.eu xəbər verir ki, 54 yaşlı M.İnce 2014-cü ildən CHP-nin parlament qrupunun sədridir.

O, Yalova vilayətinin parlamentdəki təmsilçisidir. 

Bundan öncə, hakim Ədalət və İnkişaf Partiyası hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürmüşdü. 

Azərbaycanda vəkil xidmətləri üç dəfə bahalaşdı

Azərbaycanda hüquqi yardım göstərilməsi xidmətlərinə görə ödənişlər artırılıb. 

Xudaferin.eu xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qanunda müvafiq dəyişikliklərlə bağlı qərar qəbul edib.

Cinayət prosessual məcəlləsində nəzərdə tutulmuş hallarda hüquqi yardıma görə vəkillərə ödənilən məbləğ hər iş saatına görə iki manatdan altı manata qədər artırılıb. 

Bununla da, ölkə ərazisində vəkil xidmələri üç dəfə bahalaşıb. 

Narkoloji Mərkəzin direktoru həbs edildi

Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və daha bir vəzifəli şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Xudaferin.eu-nun APA-ya istinadən xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və onların barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

ADR–100: İngilislərin Azərbaycandan gedişi

Xudaferin.eu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Növbəti məqalə avqust 1919-cu ildə baş vermiş hadisələrə həsr olunub.

1919-cu ilin avqustu Azərbaycan üçün əlamətdar oldu: əcnəbi qoşunların son hissəsi ölkə ərazisini tamamilə tərk etdi. Belə ki, ingilislər mayda bəyan etdikləri kimi, avqustda Zaqafqaziyadan çıxdı.

Nazirlik bələdiyyə sədrini cəzalandırdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşlarının keçirdiyi reyd zamanı Hacıqabul rayonu Nəvai qəsəbəsi ərazisində əmələ gələn məişət tullantılarının qəsəbə bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun idarə olunmadığı və qeyri-mütəşəkkil atıldığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, faktla bağlı Nəvai bələdiyyəsinin sədri Səmayə İsmayılova barəsində protokol tərtib olunub.

Rasim Balayev: Əxlaqsızlar, küçə adamları efirlərə çıxır -VİDEO

Xalq artisti Rasim Balayev televiziyalardan şikayətlənib, efirə çıxan məşhurları sərt tənqid edib.

Xudaferin.eu xəbər verir ki, o, “Yeni Avaz”a müsahibəsində bu barədə danışıb:

“Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadır. Əxlaqsız adam mənə əxlaqdan, rüşvətxor adam mənə rüşvətdən, ağılsız mənə ağıldan dərs deyir.

Nə cür geyinib səhnəyə, ekrana çıxırlar. Yaxşı, bunların öz yiyəsi, əri, qardaşı, bacısı yoxdur. Bəs bu televiziyanın sədri yoxdur?”

Azərbaycan ilk dəfə Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

ABŞ-ın paytaxtında “Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında Azərbaycan bu il ilk dəfə olaraq iştirak edib. ABŞ-ın əsas mədəni və iqtisadi tədbirlərinin keçirildiyi məkan olan Ronald Reyqan Beynəlxaq Ticarət Mərkəzində keçirilən festivala Vaşinqton şəhərinin sakinləri, o cümlədən ABŞ-ın müxtəlif ştatlarından gələn insanlar qatılıb.

 

Azərbaycan festivalda ABŞ-ın Bruklin (Nyu-York) şəhərində fəaliyyət göstərən My Way mərkəzinin “Qafqaz Ritm” (My Way Center Rhythms of Caucasus NYC) adlı uşaq rəqs qrupu ilə təmsil olunub.