03 May 2018

Qəbələdə təbiətə 13 min manat ziyan vurulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Qəbələ rayonu Vəndam bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaş köküstə 3-16 sm diametrliyində müxtəlif cinsli ağac və kolların qanunvericiliyə zidd olaraq kəsilərək məhv edildiyi və ərazidə münbit torpaq qatının korlandığı aşkar edilib.

Yerevanda atışma: Polkovnik bank yardı - VİDEO

Yerevandakı HSBS bankına silahlı hücumu təşkil edən polis polkovniki, pozuntuların qeydə alınması mərkəzinin rəisi Daniel Danielyan olub. Bununla bağlı Ermənistan polisinin KİV ilə əlaqə şöbəsinin sədri Edqar Canoyan məlumat verib. 

Xudaferin.eu xəbər verir ki, bıçaq, əl qumbarası və tapança ilə silahlanmış cinayətkar banka daxil olub, iki əməkdaşı yarayıb.

Onlardan biri hadisə yerində ölüb. Pulları götürən cinayətkar hadisə yerindən uzağa qaça bilməyib. 

Ərdoğanın prezidentliyə namizədliyi irəli sürüldü

İyunun 24-də Türkiyədə keçiriləcək prezident seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürülüb.

Xudaferin.eu xəbər verir ki, AKP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiyası seçkilərdə bu partiyadan Rəcəb Tayyib Ərdoğanın namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçiriləcək.

Xudaferin.eu

Azərbaycanlı qadın Tatarıstanda nazir oldu

Əslən Azərbaycandan olan İradə Əyyubova Tatarıstanın mədəniyyət naziri təyin edilib.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə əmri Tatarıstan prezidenti Rüstəm Minnixanov imzalayıb.

Qeyd edək ki, Əyyubova əvvəllər Tatarıstan Arxiv İşləri Dövlət Komitəsinin rəhbəri olub. Bakıda anadan olan Əyyubova Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.

Baş nazir: Həm ABŞ, həm də Avropa ilə əlaqələri uğurla davam etdiririk

Bu gün Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının ölkədə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. 

Xudaferin.eu-nun oxu.az-a istinadən xəbərinə görə, görüşdə ABŞ Konqresinin nümayəndələrini Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən baş nazir bu səfərin böyük əhəmiyyət daşıdığını qeyd edib. 

İsrail İranla müharibə etmək istəmir

İsrail iranlıları düşmən hesab etmir, yüz illərlə hər iki xalq dostluq şəraitində yaşayıb. 

Xudaferin.eu xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Aviqdor Liberman “Kommersant” qəzetinə müsahibəsində deyib. 

“Bizim problemimiz İranla deyil, Ayətullah rejimi ilədir”, - nazir deyib və əlavə edib ki, İsrail İrana zərbə endirməyə hazırlaşmır. 

“Mən hər hansı zərbədən danışmaq istəmirəm. Heç bir zərbədən söhbət gedə bilməz”, - siyasətçi bildirib. 

Xudaferin.eu

Nazirlik: Yoxlamalar xəbərdarlıqsız aparılsın

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov obyektlərdə yoxlamaların xəbərdarlıqsız aparılmasını təklif edir.

Xudaferin.eu məlumat verir ki, Milli Məclisin (MM) Səhiyyə komitəsinin bu gün keçirilən iclasında P.Əzizbəyov bildirib ki, nazirlik hazırda plandankənar yoxlamalar apara bilmir. 

P. Şahbazov qeyd edib ki, qanunvericiliyə əsasən plandankənar yoxlamalar yalnız şikayətlər, KİV-də gedən məlumatlar, o cümlədən dövlət orqanlarının müraciəti əsasında aparılır:

Rusiyada azərbaycanlı qətlə yetirildi

Mayın 2-si, gecə saatlarında Rusiyanın Ryazan şəhərində taksi sürücüsü qətlə yetirilib. 

Xudaferin.eu Rusiya mətbuatına istinadla xəbər verir ki, bununla bağlı qətlə yetirilənin dostu məlumat verib. 

“Gecə saatlarında mənim dostum öldürüldü. Onun boğazını kəsdilər. O, taksi sürücüsü işləyirdi. Hadisənin səbəbi sifarişin ödənilməsi olub. 

O, azərbaycanlıdır. Dörd aylıq qızı vardı. Cinayətkarlardan birini gecə tutdular”, - mənbə məlumat verib.

İstintaq komitəsi baş verən hadisəni təsdiqləyib. 

Xudaferin.eu

Ermənilər Qarabağda təlimlərə başladı

Ermənistan silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında təlimlərə başlayıb.

Xudaferin.eu APA-ya istinadən xəbər verir ki, hərbi təlim cəbhə xəttinin Ağdam rayonunun işğal altındakı Uzundərə adlanan ərazisində keçirilir.

Təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir.

Atış səsləri cəbhəyanı ərazilərdə aydın eşidilir.

Xudaferin.eu

Pentaqon Çin istehsalı smartfonları qadağan etdi

ABŞ-ın bütün dünyadakı hərbi bazalarında təhlükəsizlik səbəbindən Çin istehsalı “Huawei” və ZTE smartfonlarının istifadəsi qadağan olunub. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı “Washington Post” nəşri Pentaqon nümayəndəsi Deyv İstbernə istinadla məlumat yayıb. 

Onun sözərinə görə, əmr aprelin 27-də imzalanıb. Qadağalar internet-modemlərə və digər mobil əlaqə məhsullarına aid edilib. 

Nazirlik konkret hansı təhlükədən söhbət getdiyini açıqlamayıb. 

Xudaferin.eu

Londonda partlayış: Yaralılar var - VİDEO

Londonun şimalındakı Stemford Hill rayonunda partlayış baş verib. Hadisə zamanı azı 30 nəfər xəsarət alıb. 

Xudaferin.eu “Dailyexpress”-ə istinadla xəbər verir ki, partlayış insan kütləsinin arasında baş verib. 

İnsanlar yəhudi bayramı olan “Laq Boamer”i qeyd etmək üçün ocaq qalayıblar. 

Partlayışın smartfonun zərərlərinə diqqət çəkmək üçün insanların mobil telefonlarını ocağa atması səbəbindən baş verdiyi bildirilib. 

Birləşmiş Ərəb Əmirliklərinin “Aviamost” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan məqalə dərc edilib

Birləşmiş Ərəb Əmirliklərində ərəb, ingilis, Çin və rus dillərində nəşr olunan və geniş auditoriyaya malik “Aviamost” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Müsəlman dünyasının ilk demokratik respublikasını yada salaq” adlı məqaləsi dərc edilib.

ABŞ sutkalıq neft hasilatına görə dünya lideridir

ABŞ-ın gündəlik neft istehsalı 10,62 milyon barrelə çatıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 33 min barrel artaraq 10,62 milyon barrel olub. Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. Ölkənin xam neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı bölmələrinin Ağdamda mülki şəxsləri atəşə tutmasına münasibət bildirib

Ermənistan silahlı qüvvələrinin bölmələri içərisində Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları olan yük avtomobilini atəşə tutublar. Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları Ağdamın Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedərkən atəşə məruz qalıblar.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, bunu Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarının cəbhə xəttində yerləşən Çəmənli kəndində ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə məruz qalıblar.

Güləşçimiz Rəsul Çunayev Avropa çempionatının gümüş medalına sahib olub

Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Xudaferin.eu xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 2 gümüş və 1 bürünc medalla başa vurublar.

ABŞ-da hərbi təyyarə qəzasında 9 nəfər ölüb

ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olanların hamısının öldüyü bildirilir.

Xudaferin.eu-nun məlumatına görə, CNN hərbi mənbələrə istinadla bildirir ki, təyyarənin göyərtəsində 9 nəfər olub.

Bundan qabaq hadisə nəticəsində azı 5 nəfərin öldüyü deyilirdi.