Güləşçimiz Rəsul Çunayev Avropa çempionatının gümüş medalına sahib olub

Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Xudaferin.eu xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 2 gümüş və 1 bürünc medalla başa vurublar.

Güləşçilərimizdən Rəsul Çunayev 3, Rafiq Hüseynov 2, Murad Məmmədov 1 görüşü qalib başa vuraraq yarımfinala yüksəliblər. Yarımfinal görüşündə Murad Məmmədov İtaliya, Rəsul Çunayev Gürcüstandan olan rəqiblərini üstələyib və finala adlayıblar. Finalda hər iki güləşçimizin rəqibi Rusiya təmsilçisi olub. Minimal fərqlə uduzan Murad Məmmədov ilk dəfə qatıldığı böyüklər arasında Avropa çempionatının gümüş medalına yiyələnib. Daha bir gümüş medalı yığmamıza Rəsul Çunayev qazandırıb.

Rafiq Hüseynov isə Belarus idmançısı ilə görüşdə məğlub olaraq bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Almaniya idmançısına qalib gələn güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb.

Xudaferin.eu


12:51