18 March 2018

Doqquzuncu sinif və ilk peşə-ixtisas təhsili müəssisələrinin 11-ci sinif şagirdlərinin buraxılış imtahanları başa çatıb

Dövlət İmtahan Mərkəzi (DİM) 18 mart 2017-ci il tarixində respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib.

“Report” xəbər verir ki, hər iki imtahanda ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulub.

Martın 19-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq.