04 January 2018

Azərbaycanda “Koroğlu” adlı ilk milli komiks təqdim olunub

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə “İRS cizgi” yaradıcılıq qrupunun “Koroğlu” adlı ilk milli komiksinin təqdimatı keçirilib.

Xudaferin.eu “İRS cizgi” yaradıcılıq qrupuna istinadən xəbər verir ki, layihənin rəhbəri Anar Əkbərli və rəssam-kolorist Zeynəb Qocayevadır. Milli komiksin ərsəyə gətirilməsi üçün layihə rəhbərləri öncə tarixi araşdırma aparıb, arxiv materialları ilə işləyib və nəticədə Koroğlunu qəhrəman kimi təqdim edib.

Opera və Balet Teatrı ilin ilk ayının repertuarını açıqlayıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanvar repertuarı maraqlı səhnə əsərləri ilə zəngindir.

Xudaferin.eu sənət ocağının yanvar repertuarını təqdim edir:

6 yanvar – “Çarli və şokolad fabriki”

7 yanvar – “Əfsanənin qayıdışı”

10 yanvar – “Şah İsmayıl”

13 yanvar – “Yeddi gözəl”

14 yanvar – “Kənd namusu”

19 yanvar – “İntizar”

21 yanvar – “Leyli və Məcnun”

27 yanvar – “Traviata”

Xudaferin.eu

Peruda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb

Peruda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyi  məlumat verib.

Məlumata görə, ölənlərin meyitləri avtobusdan çıxarılıb. Hadisə nəticəsində sağ qalan 6 nəfər  xəstəxanaya yerləşdirilib.

İnsident ötən gün Perunun paytaxtı Lima şəhərindən 70 km aralıda, dağ yolunda baş verib. Yük maşını ilə toqquşandan sonra sərnişin avtobusu 100 metr hündürlükdən dərəyə aşıb.

APA

ABŞ-da dəmiryol stansiyasında atışma olub, yaralananlar var

ABŞ-ın Oklend şəhərində (Kaliforniya ştatı) dəmiryol stansiyasında atışma baş verib.

Xudaferin.eu-nun məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

İlkin məlumata əsasən, hadisə nəticəsində azı 2 nəfər yaralanıb. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir. Hazırda dəmiryol stansiyası polis tərəfindən mühasirəyə alınıb.

Xudaferin.eu

Avropa Azərbaycan Məktəbinin şagirdləri beynəlxalq elm festivalında mükafat qazanıblar

Avropa Azərbaycan Məktəbi 3-cü Beynəlxalq Elm Festivalında təmsil olunub.

Avropa Azərbaycan Məktəbindən (EAS) APA-ya verilən məlumata görə, ötən ilin sentyabr ayından etibarən EAS-ın müəllimləri Elvin Abdullayev və Mələk Əzizova şagirdlərlə Ekologiya mövzusunda elmi layihə üzərində işləyiblər.

Ukraynalı nazir müavini: "Kiyev 2014-2015-ci illərdə Rusiyadan Avropaya gedən qaz kəmərinin partladılmasını planlaşdırıb"

“2014-2015-ci illərdə Kiyevdə dövlət səviyyəsində Rusiyadan Avropaya təbii qaz nəql edən boru xəttinin partladılması planlaşdırılıb”.

APA-nın məlumatına görə, bunu Ukraynanın “Zik” telekanalına açıqlamasında müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlərlə bağlı məsələlər üzrə nazir müavini Yuri Qrımçak deyib.

O bunun dövlət səviyyəsində planlaşdırıldığını qeyd edib.

MTRŞ: Yeni telekanal 6 ay müddətində fəaliyyətə başlamalıdır

““Televiziya və Radio Yayımı haqqında" qanunun müvafiq maddəsinə əsasən lisenziya alındıqdan sonra altı ay müddətində yayım həyata keçirilir”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov Şuranın elan etdiyi müsabiqənin qalibi olan “Türkel TV” MMC-nin yeni yayım kanalında nə zaman fəaliyyətə başlayacağı haqda səslənən suallara cavab olaraq deyib.

Fərəc Qarayevin əsəri Moskva Dövlət Konservatoriyasında ifa olunacaq

Yanvarın 15-də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Happy New Music!” adlı konsert proqramı təqdim ediləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, proqrama bəstəkar, əməkdar incəsənət xadimi Fərəc Qarayevin iki fortepiano üçün yazdığı “Forst şəhəri üçün musiqi” də daxil edilib.

 

Əsəri “Yeni musiqi studiyası” ansamblının solistləri Mona Xaba və Natalya Çerkasova ifa edəcəklər.

Xudaferin.eu

Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 55 min hektara çatdırılıb

Fındıqçılığın inkişaf etdirilməsi üçün əlverişli torpaq-iqlim şəraitinə malik Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Oğuz, Şəki, Şabran, Quba, İsmayıllı və Yevlax rayonlarında mərhələli şəkildə 40 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulub.

 

Azərbaycanda işsizlik müavinəti ləğv edildi

Nazirlər Kabineti “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanının icrası ilə əlaqədar bəzi qərarlarını ləğv edib.

Bununla əlaqədar Nazirlər Kabinetinin “İşsizlik müavinətinin hesablanması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.

Ləğv edilmə ilə bağlı qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.//Trend

Britaniyada həyat iflic olub

Birləşmiş Krallıqda güclü külək bir çox bölgələrdə həyatı iflic edib.

Xudaferin.eu xəbər verir ki, Eleanor adlandırılan qasırğa Britaniyada bir sıra fəsadlar törədib. Belə ki, Şimali İrlandiyada 3 min, İngiltərədə 2 min 700, Uelsdə isə 460 evə elektrik verilişi dayandırılıb. Bundan başqa, ağacların yerindən qopması və nəqliyyat vasitələrinə çırpılması nəticəsində bir çox insan xəsarət alıb. Qatar və avtobus səfərləri təxirə salınıb.

Rusiyanın Suriyadakı hərbi bazasına hücum zamanı azı 7 hərbi təyyarə məhv edilib

Dekabrın 31-də Suriyada terrorçuların Rusiyanın "Hmeymim" aviabazasına hücumunun nəticələri barədə yeni məlumat yayılıb.

“Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən yazıb ki, minaatanlardan açılan atəş nəticəsində Rusiyaya məxsus 4 ədəd Su-24 bombardmançı təyyarəsi, 2 ədəd Su-35S çoxtəyinatlı qırıcı təyyarəsi və 1 ədəd An-72 hərbi-nəqliyyat təyyarəsi məhv edilib. Həmçinin, döyüş sursatları olan anbarda partlayış baş verib. 10-dan çox rusiyalı hərbçinin yaralandığı bildirilir.

Rusiya Müdafiə Nazirliyi hadisəni şərh etməyib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdirilib

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətinin tərkibindən çıxarılıb. Onların əvəzinə hələlik deputat Elşad Həsənov nümayəndə heyətinin tərkibinə daxil edilib./ APA

İran ABŞ-dan BMT-yə şikayət etdi

İran Amerika Birləşmiş Ştatlarından Birləşmiş Millətlər Təşkilatına şikayət edib.

Xudaferin.eu-nun məlumatına görə, İran ABŞ-ı davam edən etiraz aksiyaları ilə bağlı ölkənin daxili işlərinə qarışmaqda günahlandırıb. Tehran, ABŞ prezidenti Donald Trampın ölkədə davam edən nümayişlərlə bağlı mesajları haqqında BMT-yə şikayət edərək, açıqlamaları qınamağa çağırıb.

Yerlərlə bağlı norma və tələblər hazırlanacaq - Siqaret çəkmək üçün

Azərbaycan Nazirlər Kabineti (NK) üç ay müddətində tütün çəkmək üçün xüsusi ayrılmış yerlərlə bağlı sanitar-gigiyenik normalar və tələblər hazırlayacaq.

“Report”un xəbərinə görə, NK bu müddət ərzində tütün məmulatları tullantılarının utilizasiyası qaydasını da müəyyən edəcək.

Nazirlər Kabineti əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsullarını müəyyən edəcək, bu məqsəd üçün xüsusi “qaynar xətlərin” fəaliyyəti təmin edəcək.

Deputat həbs olundu - Türkiyədə

Türkiyənin Xalqların Demokratik Partiyasının üzvü, Diyarbəkirdən olan millət vəkili İdris Baluken həbs edilib.

Məhkəmənin qərarı ilə o, “Dövlətin birliyini və ölkənin bütövlüyünü pozmaq”, “Terror təşkilatına üzvlük” və “Terror təşkilatının təbliğatını aparmaq” maddələri üzrə təqsirli bilinib.

Hakim İdris Baluken haqqında 16 il 8 aylıq həbs qərarı çıxarıb. /Teleqraf.com

 

"Apple" “iOS 11.2.5 beta 3”ü yayımlayıb

“Apple” şirkəti “iOS 11.2.5 beta 3”ü, “beta 2”dən tam 2 həftə sonra yayımlayıb.

Xudaferin.eu-nun məlumatına görə, qeydiyyatda olan proqramçılar və ictimai beta sınaqçıları “beta” yenilənməsini cihazlarına yükləyə bilərlər.

“İOS 11.2.5 BETA 3”ün yenilikləri nələrdir?

Məlumata görə, “beta 3”də hələlik hər hansı yenilik yoxdur. İrəliləyən günlərdə yeniliklərin olacağı istisna edilmir.

Xudaferin.eu

İran aksiyalarda avropalının saxlanılması barədə məlumatı təkzib edib

İranın Lurestan vilayətinin məhkəmə nümayəndəsi iğtişaşlar zamanı avropalının saxlanılması barədə yayılan məlumatı təkzib edib.

Bu barədə Xudaferin.eu "Mehr" xəbər agenltiyinə istinadən xəbər verir.

Məhkəmənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əli Səbzivari qeyd edib ki, saxlanılan şəxs əslən Borucerd şəhərindəndir, sadəcə Avropada yaşayır.

O əlavə edib ki, təhlükəsizlik xidmətinin əməkdaşları onu baş verənləri videoya çəkərkən saxlayıblar.

“Ölkədə vəziyyət çox ağırdır” - Deputatdan etiraf

“Ermənistanda sosial-iqtisadi vəziyyət çox ağırdır”.

Bunu Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Naira Zoqrabyan deyib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin siyasəti tamamilə səmərəsizdir: “Bunların axırının necə olacağını deməyə çətinlik çəkirəm. Çünki Ermənistanda tərəqqinin qeydə alındığı bir sahənin belə adını çəkmək çətindir. Ölkədən mühacirət səviyyəsi yüksəlib, yoxsulluq və işsizliyin səviyyəsi də sürətlə artır”.