Ukraynalı nazir müavini: "Kiyev 2014-2015-ci illərdə Rusiyadan Avropaya gedən qaz kəmərinin partladılmasını planlaşdırıb"

“2014-2015-ci illərdə Kiyevdə dövlət səviyyəsində Rusiyadan Avropaya təbii qaz nəql edən boru xəttinin partladılması planlaşdırılıb”.

APA-nın məlumatına görə, bunu Ukraynanın “Zik” telekanalına açıqlamasında müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlərlə bağlı məsələlər üzrə nazir müavini Yuri Qrımçak deyib.

O bunun dövlət səviyyəsində planlaşdırıldığını qeyd edib.

Y. Qrımçakın fikrincə, Ukrayna ərazisindən gedən qaz magistral xətti Donbasda silahlı münaqişənin genişlənməsinə imkan verməyən əsas amillərdən biridir: “Bu gün Rusiya əlindən gələni edir ki, Ukraynadan kənar keçən qaz boru xətti inşa etsin”.

Xudaferin.eu

18:59