01 November 2017

Heykəl məhbusu yenidən mühakimə olunur – bu dəfə atası ilə birlikdə…

 

2015-ci ilin mayında Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazdığına görə narkotiklə şərlənərək həbs olunan gənc fəal Qiyas İbrahimovun daha bir məhkəməsi başlayıb. O, atası Həsən İbrahimovla birlikdə Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə ittiham olunur.

Avropa Məhkəməsi Azərbaycandan olan 120-dən çox şikayətin araşdırılmasına başlayıb

 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanda 120-dən çox mülkiyyət hüququnun pozulması ilə bağlı şikayəti araşdırmağa başlayıb. Bu barədə AİHM-in saytı xəbər verib. İddia olunan pozuntular eynilik təşkil etdiyi üçün məhkəmə 120-dən artıq şikayəti 5 icraatda birləşdirib.

Cenevrədə Güney Azərbaycanla ilgili aksiya keçiriləcək

 

İrandakı molla rejiminin ayrı-seçkilik siyasətinə etirazlar gündəmə gətiriləcək

 

Avropada yaşayan soydaşlarımız İran mollakratiya rejiminin Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətinə etiraz olaraq İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) binası qarşısında aksiya keçirəcəklər.

70 illik “bərzanilər mafiyası” çökdürülüdü: İndi sırada kimdir?

 

Neçirvan Bərzaninin noyabrın 1-də etnik bölücü “Quzey İraq Kürd Muxtariyyəti”nin rəhbəri seçiləcəyi gözlənilir. Hazırda qondarma rejimin baş nazir vəzifəsini tutan Neçirvan Bərzani terrorbaşı Məsud Bərzaninin yerinə ən real namizəd sayılır. Buna əsas səbəb isə, Məsud Bərzani bir neçə gün öncə istefa verib və növbəti seçkilərə qatılmaq istəmədiyini bəyan edib.

Daha problemli kredit olmayacaq

 

Fuad İbrahimov: “Kredit verilmir və heç bir halda artım da ola bilməz”

Hökumət gələn ildən vaxtı keçmiş kreditlərin həcminin azaldılmasına ümidlidir. Ötən gün Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev də açıqlamasında ölkədə vaxtı keçmiş kreditlərin gələn ildən azalmağa başlayacağını deyib: “İlin əvvəlindən problemli kreditlərdə artım olub. Bu, gözlənilən idi. Gələn il artıq bu proses səngiyəcək və problemli kreditlər azalacaq”.

ABŞ-dan Bakıya gələn vətəndaşlarına olundu

 

“Azərbaycanda apteklərdən dərman almayın, tibbi əməliyyat etdirməyin!”

ABŞ Azərbaycana səfər edən vətəndaşlarına ölkəmizdəki apteklərdən dərman almamağa çağırır. Bu barədə ABŞ Dövlət Departamentinin viza və səyahətlər bölməsində yer almış xəbərdarlığında deyilir. Burada yerləşdirilmiş mətndə Azərbaycanda mövcud olan tibb sisteminin problemli və peşəkar olmaması vurğulanır: “Biz sizə əgər fövqəladə dərəcədə əhəmiyyətli deyilsə, Azərbaycanda tibbi əməliyyat etməməyi tövsiyə edirik”.

İraq Məclisindən PKK ÇAĞIRIŞI - Türkiyə ilə birgə terrorçuları çıxardın

 

İraq Məclisindəki millət vəkilləri hökumətə "Terror təşkilatı PKK-nın ölkə ərazisindən çıxarılması üçün Türkiyə ilə koordinasiyalı şəkildə çalışılması" yönündə çağırış edib.
 

İraq Məclisindəki müxtəlif siyasi düşərgələrə mənsub millət vəkilləri hökumətə "İraq üçün təhlükə olan terror təşkilatı PKK-nın ölkə ərazisindən çıxarılması üçün Türkiyə ilə koordinasiyalı şəkildə çalışılması" yönündə çağırış edib.

Sofiyada Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilən konfrans keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), ölkəmizin Bolqarıstandakı səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universiteti  və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə Sofiyada görkəmli şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.