“Bremen musiqiçiləri” balacaların görüşünə gəlib

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) uşaq opera teatrında Gennadi Qladkovun “Bremen musiqiçiləri” tamaşasının premyerası keçirilib.

Gənc Trubadur və onun dostlarının başlarına gələn macəralardan bəhs edən tamaşanın bədii rəhbəri əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov, musiqi rəhbəri Ofeliya Axundova, quruluşçu rejissorlar Elvin və Nigar Mirzəyevlərdir.
Qrim qardaşlarının eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşada gənc artistlərin çıxışları alqışlarla qarşılanıb.

Xeyirxahlıq, nəciblik, dostluq, təmiz hisslər, ülvi məhəbbət duyğuları tərənnüm olunan tamaşada Əminə Ayvazova, Qulam Bayramov, Dərya Əhmədova, Məryəm Ələsgərova və digərləri rol alıb.

Qeyd edək ki, uşaq opera teatrı 40 il bundan əvvəl professor Tərlan Seyidovun yaratdığı, BMA-nın məktəb-studiyasının parlaq və çox maraqlı layihələrindəndir. İllərdir ki, bu teatr yeni tamaşaları ilə pərəstişkarlarını sevindirir.

Xudaferin.eu

09:58