Bakıda Türkiyənin Mədəniyyət və Turizm günləri keçirildi

 

İki günlük tədbirdə Türkiyədən 100-ə qədər tanınmış sənət ustası iştirak etdi

Azərbaycanın paytaxtı Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin təşkilatçılığı ilə Türkiyənin Mədəniyyət və Turizm günləri keçirildi.  Səfirliyin Mədəniyyət və Turizm Müşavirliyindən verilən məlumata görə, səfirliklə yanaşı İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılıb.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, Tarixi Mehtaran Ansamblı, Türk xalq musiqisindən Volkan Gözüböyük, Meltem Seyfelioğlu, Türkiyə sənət musiqisindən Günay Şimşek, Yıldız Çam Özdemir kimi görkəmli sənət ustaları iştirak edəcəklər. Bundan başqa, Türkiyənin Dövlət Operasının məşhur tenoru Emrah Sözer və sopranosu Aslı Kıyıcı gələnlərə ayrı-ayrı operalardan parçalar təqdim ediblər.

Bakının Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər. Bundan başqa, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və Türkiyə yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənib. Həmçinin tədbir meydanındakı böyük ekranlarda Türkiyənin yeni filmləri nümayiş olunub.

Xudaferin.eu

13:30