Bağdadda iki partlayış - 20 nəfər həlak olub, 60 -ya yaxın insan yaralanıb

 

İraqın paytaxtı Bağdad şəhərində son sutka ərzində baş verən ikinci avtomobil partlayışı zamanı azı 7 nəfər həlak olub, 30 nəfərə yazın adam isə yaralanıb. Məlumatı “Əl Cəzirə” kanalı yerli təhlükəsizlik xidmətlərinə və şahidlərə istinadən verib. Partlayış yerindən qatı qara tüstü dumanı qalxdığı bildirilir.

Bundan əvvəl partlayan bomba da avtomobilə qoyulubmuş. İraq paytaxtında son sutka ərzində baş verən birinci partlayış zamanı azı 13 nəfərin həlak oluğu, 30 nəfərin isə yaralandığı bildirilir. Terror aktına görə məsuliyyəti, İraqın Mosul şəhərindən qovulub çıxarılmaqda olan İŞİD terror təşkilatı öz üzərinə götürüb. Qeyd edək ki, hazırda, Ramazan ayında İraq ordusu Mosul şəhərini İŞİD-dən təmizləmək üçün 48 dərəcəlik istidə mübarizə aparır.

İraq hakimiyyətinin başı son günlər Quzey İraq, özəlliklə də Mosul, Ərbil və digər iri şəhərlərin İŞID terror qruplaşmalarından azad edilməsinmə qarışdığı üçün, radikal islamçı terro birləşmələri hədəfi yayındrmaqla Bağdadda terror eyləmlərini gündəmə gətiriblər.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

19:26