Azərbaycanda internet bahalaşır?

Azərbaycanda elektrik enerjisi üzrə ödəniş sisteminin dəyişməsi internet tariflərində əks olunmayacaq. Bunu Trend-ə Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov deyib.

Onun sözlərinə görə, istehlakçılara xidmət göstərilərkən internet provayderlər elektrik enerjisindən çox istifadə etmir. Q.Qurbanov deyib: “Ona görə, elektrik enerjisi tariflərinin artması ilə internet və ya digər telekommunikasiya xidmətləri tariflərini birbaşa əlaqələndirmək düzgün olmazdı”.

TREND IA

12:51