Azərbaycan sazı yetim qaldı

 

Böyük ustad Aşıq Ədalət dünyasını dəyişib

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar, əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibov 78 yaşında dünyasını dəyişib. Bununla da Azərbaycan aşıq sənətinin ən böyük ustad aşıqlarından biri kimi artıq haqq dünyasına qovuşubdur.
Aşıq Ədalət 1920-ci illərdən keçmiş Sovetlər Birliyi dönəmində stalinizmin apardığı dərin antitürk siyasətini 1960-cı illərdə darmadağın edən ən böyük Türk idi. O, sazın gücü və qedrəti ilə bir daha milli ruhumuzu, öz ilkinliyimizi bizə qaytaran ən böyük ustad idi. O heç bir zaman böyüklüyündən, dahiliyindən söz açmadı. Onun bu yüksək mərtəbəyə layiq olması ifa etdiyi qədim-qayım milli ruhumuzu telli sazın gücü və qüdrəti ilə ruhumuza geri döndərməsində idi. 

Qeyd edək ki, Aşıq Ədalət 1939-cu il yanvar 27-də Qazax rayonunda anadan olub. O, saz ifaçılığını atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb və o, el məclislərinə dəvət alıb. Aşıq Ədalət "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı kimi tanınır.

P.S. “Avropa Azərbaycanın Dostları Cəmiyyəti” və “Xudafərin” dərgisi, eləcə də “Xudaferin.eu” internet portalının adından Azərbaycan xalqına baş sağlığı veririk. Bu böyük ustadın ölümü ilə bağlı mərhumun bütün yaxınlarına, onun sənətini sevənlərə başınız sağ olsun deyirik. Nə qədər ki, saz və aşıq sənəti var, böyük ustadlarımız kimi Aşıq Ədalət də yaşayacaqdır.

Xudaferin.eu

18:38