Avtomobilin nasazlığını səsə görə müəyyənləşdirən smartfon proqramı yaradılıb

 

Massaçusets Texnologiya İnstitutunun alimləri avtomobilin işlək hissəsinin səsinə görə ona nə kimi təmir və ya xidmətin lazım gəldiyini müəyyənləşdirən smartfon əlavəsi yaradıblar. Məsələn, əlavə şinə hava vurulmasına, hava filtrinin dəyişdirilməsinə, yaxud avtomobilin yeni alışdırma şamlarına ehtiyacı olduğu barədə xəbər verir. Proqram avtomobillərin texniki təchizatından asılı olmayaraq, onların diaqnostikasını aparmağa imkan verəcək.

“Computerworld” resursu xəbər verir ki, texnologiyanı mikrofon, akselerometr və digər müasir smartfon ötürücülərinin yüksək həssaslığı sayəsində ərsəyə gətirmək mümkün olub. Sistem diaqnostikanı kompüter təlimi üsulları vasitəsilə aparır – bu zaman avtomobillərin normal iş və müxtəlif nasazlıqlar zamanı çıxardıqları səslər bazasından istifadə olunur. Bildirilir ki, əlavə diaqnostikanın dəqiqliyini 90 faiz səviyyəsində təmin edir. Məsələn, sistem mühərrik silindrlərində avtomobilin işə salınma qabiliyyətini səhvsiz müəyyənləşdirir, balanslaşdırma problemlərini tanıma alqoritmləri isə öz vəzifələrinin öhdəsindən təcrübəli mütəxəssislərdən daha yaxşı gəlir. Əlavənin kommersiya versiyasının il yarım sonra istifadəyə verilməsi gözlənilir.

 

Xudaferin.eu

ABŞ, "Vaşinqton Bürosu"

 

09:42