Avstriyadakı Türklər siyasi partiya yaratdılar

 

Bu ölkə vətəndaşı olan Türklər bir araya gələrək “Yeni Hərəkət Partiyası”nı qurdular

Avstriyada, Türk mənşəlilər tərəfindən yaradılan ilk siyasi partiya “Neue Bewegung für die Zukunft”-nin (NBZ) (Yeni Hərəkət Partiyası) lideri Adnan Dinçər ölkədə irqçiliyin hər ötən gün artması səbəbindin hərəkətə keçdiklərini bildirib.

Ötən ilin sonunda Türk kökənli Avstriyalılar tərəfindən Voralberg əyalətində yaradılan NBZ partiyasının lideri Dinçər, partiyanın Avstriya vətəndaşları tərəfindən ölkə qanunları çərçivəsində yaradıldığını, bu səbəblə Türklərlə məhdudlaşdırmanın doğru olmadığını ifadə edərək: “Ölkədəki azlıqların xüsusi problemlərinin həlli əsas məqsədimiz olsa da bizim hədəfimiz bütün ölkə üçün siyasi fəaliyyət etməkdir”. Avstriyada 1999-ci ildə ilk dəfə Türk mənşəli Avstriyalılar tərəfindən yaradılan bir siyasi hərəkət olaraq işçi palataları seçkilərinə qatılaraq ciddi uğur qazandıq. Bu da ölkənin başqa bölgələrində yaşayan Türk və xaricilər üçün nümunə təşkil etdi.

Xudaferin.eu
“Avropa Bürosu”

 

09:06