“Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir

 

Son vaxtlar “Avropanın nəbzi” vətəndaş təşəbbüsü Avropa İttifaqı ölkələrinin həmrəyliyini alqışlayan və vətəndaş etirazı formatının yalnız “Almaniya üçün alternativ” partiyasından və ya “Pegida” antiislam hərəkatından olan sağçı populistlərlə assosiasiya olunmasını istəməyən almanların çoxunu cəlb edir.

 

Artıq xeyli vaxtdır ki, bazar günləri avropapərəst nümayişlərə çıxmaq, üzərində ulduz şəkilləri olan göy rəngli bayraqları yellətmək, Avropa İttifaqının himninin sədaları altında canlı zəncir şəklində düzülmək, hətta şəhərin mərkəzi meydanlarındakı açıq mikrofona yaxınlaşaraq Avropa İttifaqına öz sevgisini bildirmək Almaniyada şəhər ziyalıları arasında yaxşı davranış əlamətinə çevrilib. “Avropanın nəbzi” adlanan bu cür aksiyalar artıq ölkənin bir sıra şəhərlərində mərasimə çevrilib. 2017-ci ilin əvvəlindən Almaniyanın 70 şəhərində, habelə Brüssel, Paris və Amsterdamda, Avropanın daha 20-yə yaxın şəhərində minlərlə insan küçələrdə keçirilən aksiyalara qoşularaq Avropa İttifaqını dəstəkləyir.

“Avropanın nəbzi” hərəkatının proqramı bu hərəkatın saytında şərh edilib. “Avropa İttifaqı dağıdılmamalıdır”, “Biz məsuliyyət daşıyırıq”, “Bizə islahatlar lazımdır”, “Avropa azadlıqları toxunulmazdır” və digər ümumi frazalardan ibarət proqram bəndləri avropalıların çoxunun ürəyindəndir. Bəs “Avropanın nəbzi” yalnız müvəqqəti coşqudur, yoxsa inkişaf edərək tamdəyərli sosial hərəkata çevriləcək? – ekspertlər bu suala qabaqcadan cavab vermək istəmirlər. Onların çoxunun fikrincə, konkret siyasi gündəliyi olmasa bu təşəbbüs tezliklə sıradan çıxacaq.
Qeyd edək ki, Avropa İttifaqına daxil olan ölkələrdə antiislam baxışların son illərdə vüsət almasının sirri sadəcə bu dövlətlərdə yaşayan xalqların inanc sistemi ilə bağlı deyil. İslam bir din olaraq, XXI yüzilin şərtləri çərçivəsində reformist yanaşım tərzindən uzaq olmaqla yanaşı, həm də ortaçağ düşüncə sisteminin mövhumatçı baxışları qoruyub saxlamaq qədər bir sıra çətinliklərə səbəb olub. Orta Doğu ölkələrindən miqrant statusu ilə Avropa İttifaqı ölkələrinə mühacirət edən əksər müsəlman xalqlarının təmsilçiləri dini baxımdan yerli xalqlar üçün əlavə problemlər yaradırlar. Xüsusilə onların mövhumatçı baxışları dini radikalizmlə müşahidə olunur.

Xudaferin.eu
“Avropa Bürosu” 

 

20:27