Avropa İttifaqı Şurası ümumavropa prokurorluğunun yaradılmasını təsdiqləyib

 

Avropa İttifaqı Şurası ümumavropa prokurorluğunun yaradılması haqqında qərarı təsdiqləyib. Bu barədə Aİ Şurasının cümə axşamı günü Brüsseldə yayılan bəyanatında məlumat verilir. Prokurorluq maliyyə cinayətlərinin təhqiqi ilə məşğul olacaq.

Məlumatda bildirilir ki, hazırda 20 üzv dövlət prokurorluğun yaradılmasında iştirak etməyə razılıq verib. Avropa İttifaqının digər dövlətləri layihəyə istədikləri vaxt qoşula bilərlər. Prokurorluğun mənzil-qərargahı Lüksemburqda yerləşəcək. Bəyanatda, həmçinin qeyd olunur ki, qurum üç ildən tez olmayaraq, yəni 2020-ci ildə işə başlayacaq.

Qeyd edək ki, Avropa Birliyinin dağılacağı barəsində bəzi dövlətlərdə informasiyaların yayılmasının əsil səbəbi elə həmin dövlətlərin dünya demokratik sisteminə qarşı açıq və ya gizli şəkildə təbliğat aparan ölkələrdən ibarətdir. Bunun da əsil səbəbi demokratik təsisatların genişlənən Avropa siyasətinə qarşı hədəflərdən irəli gəlir. Halbuki, Avropa Birliyi öz strukturlarını daha da gücləndirmək taktikası ilə inkişaf etməkdədir.

Xudaferin.eu
“Avropa Bürosu”

09:27