Amerikada yaşayan amişlər

Onlar adət-ənənələri və həyat tərzləri ilə adamı heyrətə gətirirlər. Qeyri-adi geyimləri onları amerikalılardan çox fərqləndirir. Modernizmi və texnologiyanı rədd edən bu insanlar televizordan, telefondan, kompyuterdən, avtomobildən istifadə etmirlər. Bu topluma "amiş" adının verilməsi Cakob Amman adlı bir insanla bağlıdır. Cakob Amman amişlərin lideri olub. Amişlərin inancı xristian dini olmaqla protestanlıq məzhəbinə daha yaxındır və bu məzhəbin anavaptist qoluna mənsubdurlar. Anavaptistlər dövlətə və kilsəyə bağlılığı rədd edərək ayrıca bir toplum kimi yaşayırlar…
 
1700-cü illərdə İsveçdən Amerikaya gələn ilk amişlər ABŞ-in indiki Pensilvaniya ştatında məskən salıblar. Daha sonra buradan bütün ABŞ-a səpələniblər. Onlar burada dini düşüncələrindən irəli gələn "sadə həyat" anlayışı ilə yaşayırlar.
 
Bu gün ABŞ-da amişlərin sayı 150-200 min arasındadır və əksəriyyəti Ohayo, Pensilvaniya, İndiana, o cümlədən Ayova ştatlarında yaşayırlar…
 
Amişlərin böyük bir hissəsi əkinçiliklə məşğul olsa da aralarında dülgər, faytonçu və arıçılıqla da məşğul olanları az deyil. Məişətlərində isə neft lampası və XIX əsrdə işlədilən alətlərindən istifadə edirlər. Qadınları da əsasən ailənin ehtiyacı olan geyimləri ərsəyə gətirirlər, daha doğrusu əlləri ilə tikirlər. Qəribədir, bu insanlar inanclarına zidd olduğuna görə heç vaxt könüllü foto çəkdirmirlər. Hərçənd ki, kimsə şəkillərini çəkəndə etiraz da etmirlər…
 
XXI əsr olmasına baxmayaraq amişlərin uşaqları 8-ci sinifə qədər məktəbə gedirlər, bundan sonra onlar ənənəvi sənətlərə- əkinçilik, maldarlıq, dülgərliyə yiyələnməyə üstünlük verirlər və bu yöndə peşə təhsili alırlar. Hərçənd ki, 1972-ci ilə qədər ABŞ-da amişlərin təhsili natamam qoyması qadağan olunub, amma elə həmin ildə ABŞ-ın konstitusiya məhkəməsi icbari təhsilin insan haqqlarına zidd olduğuna dair qanun qəbul edib və amişlərə bu məsələdə artıq heç kim mane ola bilmir. 
 
XVIII əsrin qaydaları ilə yaşamaqlarına baxmayaraq amişlərin uzunömurlülük göstəricisi kişilər üçün 75, qadınlar üçün isə 80 yaşdır.
 
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 
xudaferin.eu
 
 
 
 

 

13:43