Almaniyanın sabiq kansleri Helmut Kol vəfat edib

 

Almaniyanın sabiq kansleri Helmut Kol 87 yaşında Lyudviqshafen-am-Rayn şəhərindəki evində dünyasını dəyişib.

Bu barədə Almaniyada nəşr olunan nüfuzlu “Bild” qəzeti ilkin açıqlama yayıdır. Helmut Kol 1982-1998-ci illərdə Almaniya hökumətinə başçılıq edib. O bu vəzifəni 4 dəfə ardıcıl tutan yeganə siyasətçidir. Helmut Kol AFR-in başçısı kimi Avropanın və Almaniyanın birləşməsi və “soyuq müharibənin” bitməsi prosesində böyük rol oynayıb. Məhz bu səbəbdən onu xalq arasında “birlik kansleri” də adlandırırlar.

Qeyd edək ki, dünya tarixində bir dövləti ikiyə ayıran və sonra hər iki dövlətin arasında dəmir betondan ən nəhəng beton divarı tikən Sovetlər Birliyinin çöküşündə Helmut Kolun misilsiz xidmətləri vardır. Bununla yanaşı, ötən yüzilin 70-80-ci illərində Avropa Birliyinin inkişaf etməsində, dünyada demokratik təsisatların geniş miqyaslı bir şəkildə yayılmasında, dictator rejimlərinin tamamilə çökdürülməsində Helmut Kol canlı bir əfsanə kimi tarixə imzasını atmışdır. Özəlliklə də bu gün Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan, Litva, Latviya, Estoniya, Çexiya, Slovakiya kimi dövlətlərin diktatura rejimindən demokratik düzənə keçməsində Helmut Kol əvəzsiz rol oynamışdır. Bununla yanaşı, Almaniyanın bir dövlət olaraq, dünyanın ən aparıcı ölkələrdən birinə çevrilməsi, sənayeləşmə və iqtisadiyyatının daha da irəli getməsində bu dahi şəxsiyyət hər zaman bəşəriyyətin insanı kimi xatırlanacaqdır.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”   

 

09:44