Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir

 

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir. Bu barədə Aİ-nin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Aİ ATƏT-in Minsk qrupunun regionun gələcəyi üçün vacib olan münaqişənin siyasi, ədalətli və dayanıqlı həll yolu axtarışına tam əminliyini bəyan edir və həmsədrlərin vasitəçilik fəaliyyətinə öz dəstəyini təsdiq edir.

Bəyanatda deyilir: "Biz tərəflərə həmsədrlər tərəfindən göstərilən səylərin daha səmərəli istifadəsini təklif edirik. Avropa İttifaqı Dağlıq Qarabağ regionunda qeyri-stabil qalmaqda davam edən, hadisələrin gedişini diqqətlə izləyir. Ağır artilleriyadan istifadə və mülki əhaliyə hücumlar xüsusi narahatlıq doğurur. Biz bir daha güc tətbiqini pisləyirik və tərəfləri gərginliyə gətirib çıxara biləcək hər cür hərəkətlərdən çəkinməyə çağırırıq. Bu məqsədlə biz tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə çağırırıq".

Bəyanatda qeyd olunur ki, Avropa İttifaqı oktyabrın 16-da Cenevrədə prezidentlərin görüşü səviyyəsində əlaqələrin bərpasını alqışlayır: "Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT nizamnaməsinin və Helsinki Yekun aktının prinsipləri əsasında sülh yolu ilə həllinə sadiqdir".

TREND İA

 

10:09